KİV: BƏƏ İran ərazisinə zərbələr endirmiş ola bilər
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Birləşmiş Ərəb Əmirlikləri İran ərazisinə bir neçə zərbə endirmiş ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə əsasən məlumat yayıb.
İddialara görə, Abu-Dabinin hücumları arasında İranın Lavan adasında yerləşən neft emalı zavoduna endirilən zərbə də var.
Nəşr yazır ki, hücum ABŞ və İran arasında atəşkəsin qüvvədə olduğu dövrdə baş versə də, Vaşinqton buna mənfi reaksiya verməyib və hətta Abu-Dabinin münaqişəyə qoşulmasını gizli şəkildə dəstəkləyib.
Məlumata görə, münaqişə başlayandan sonra Fars körfəzi ölkələri arasında İrana qarşı ən sərt mövqe nümayiş etdirən dövlət məhz BƏƏ olub. Həmçinin Əmirliklərin ABŞ ilə sıx hərbi əməkdaşlığı davam etdiriyi vurğulanıb.
Qeyd edək ki, daha əvvəl BƏƏ raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığını açıqlamışdı. Əl-Füceyrə əmirliyində yerləşən neft emalı kompleksində böyük yanğın baş vermişdi.
Abu-Dabi hücumlara görə İranı ittiham edib və cavab veriləcəyini bildirib. Tehran isə hadisədə iştirakını təkzib edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 12 May 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















