İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 22 may, AZƏRTAC
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlanğıcından bəri İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təxminən 3300 raket və pilotsuz uçuş aparatı (PUA) atıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş Praqada keçirilən beynəlxalq təhlükəsizlik konfransında bildirib.“İranın hücumu bizim üçün ən pis ssenari idi, amma düşünürəm ki, bunun öhdəsindən çox yaxşı gəldik. Biz yetərincə möhkəm, çoxqatlı hava hücumundan müdafiə sistemi qurmuşuq. Müharibənin 40 günü və ondan sonrakı müddətdə BƏƏ-ni hədəfə alan raket və dronlarının ümumi sayı təxminən 3300-ə çatır”, - deyə o qeyd edib.
Qarqaşın sözlərinə görə, bu raket və dronların yalnız 4 faizə qədəri BƏƏ-dəki hədəflərinə çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 22 May 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















