KİV: Belçika Ukraynaya 210 milyard avro kredit üçün Aİ dən zəmanət tələb edir
Icma.az, Bizimyol saytına istinadən bildirir.
"Report" xəbər verir ki, bu barədə "Euractiv" sənədlərə istinadən yazıb.
Məlumata görə, təklif hazırda Aİ ölkələrinin səfirləri səviyyəsində müzakirə olunur.
Sənədlərə görə, Belçika Aİ dövlətləri tərəfindən verilən zəmanətlərin "müstəqil və muxtar" olmasını, kreditin etibarsız olduğu təqdirdə də qüvvədə qalmasında israr edir.
Bu tələblər Avropa Şurasının qarşıdakı sammitindən əvvəl Belçikanın dəstəyini qazanmaq üçün Aİ-nin fəal cəhdləri fonunda irəli sürülüb.
Qeyd olunub ki, Belçikanın danışıqlarda əsas rolu Brüsseldə yerləşən və qiymətli kağızlar depozitarı olan "Euroclear"ın Ukraynanı dəstəkləmək üçün istifadə edilməsi planlaşdırılan dondurulmuş Rusiya səhmlərinin əsas hissəsi - təxminən 210 milyard avronu saxlaması ilə bağlıdır.
Belçikanın digər tələbləri arasında Rusiyanın iddiaları ilə bağlı mümkün məhkəmə xərclərinin digər Aİ dövlətləri tərəfindən ödənilməsi, eyni zamanda üzv ölkələrin Moskva ilə yeni investisiya müqavilələri bağlamaması və qüvvədə olanları ləğv etməsi də var.
Sənədlərdə bu tədbirlərin Belçikanın Rusiya tərəfindən mümkün cavab addımlarından qorunmasına hesablandığı vurğulanıb. Xüsusilə, Belçika və Lüksemburqun hələ də 1989-cu ildə SSRİ ilə investisiya müqaviləsini rəsmən qüvvədə saxladığı xatırladılıb.
Bundan əlavə, Belçika "Euroclear"ın təzminat krediti vermək üçün məsuliyyət daşımamasını tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 12 Dekabr 2025 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















