Belçika 210 milyard Rusiya aktivini Ukraynaya verəcəkmi ? Zelenski təlaş içində!
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna 140 milyard avroluq kreditin maliyyələşdirilməsi üçün ərazisində dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı Avropa İttifaqından müsbət qərar alacağına ümid edir. Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib. O qeyd edib : "Ümid edirəm ki, onlar bu və ya digər şəkildə Ukraynaya bu vəsaitlərlə kömək etmək üçün müsbət siyasi qərar qəbul edəcəklər".
Qeyd edək ki, bu məsələ Rusiyanın Avropadakı aktivlərinin əsas hissəsinin, təxminən 210 milyard avronun yerləşdiyi ölkə olan Belçika üçün risksiz deyil. Belçika baş naziri Bart De Vever bəyan edib ki, əgər o, qoyduğu şərtlərdən razı qalmasa, bütün prosesi bloklayacaq.
Bu bəyanatdan narahat olan V.Zelenski söyləyib ki, dondurulmuş Rusiya aktivlərinin tam istifadəsi ilə bağlı qərarı gecikdirən hər kəs nəinki müdafiəmizi məhdudlaşdırır, həm də Aİ-nin özünün irəliləyişini ləngidir:
"Rusiya aktivləri ilə bağlı hərəkətə keçməyin vaxtıdır. Mən sizi hərtərəfli dəstək verməyə çağırıram".
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 24 Oktyabr 2025 07:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















