KİV: Donald Tramp Pasxa bayramınadək Ukraynada atəşkəsə nail ola bilməyəcək
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Pasxa bayramınadək Ukraynada atəşkəsə nail ola bilməyəcək.
APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Telegraf” nəşri Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.
Ağ Ev rəsmisi “Tramp administrasiyasının Kremlin ləngitmə taktikalarından yorulduğunu”, Moskva və Kiyevə münaqişənin təzminləməsi üçün təzyiqləri artırmağa hazırlaşdığını əlavə edib.
Qeyd olunub ki, Tramp prezidentliyinin əvvəlində aprel və ya may ayınadək Ukraynada tam atəşkəsə nail olunması və bunun ardınca davamlı sülh əldə edilməsi hədəfləri qoyub.
Lakin yüksək vəzifəli Ağ Ev rəsmiləri atəşkəsə qarşıdakı aylarda da nail olunması ehtimalının olmadığını, müharibənin davam edəcəyini bildiriblər.
Donald Tramp seçki kampaniyası zamanı Ukraynada müharibəyə prezidentlik səlahiyyətlərinin icrasından sonra 24 saat ərzində son qoyacağını bildirsə də, 4-cü aya keçən sülhyaratma fəaliyyətləri hələlik konkret nəticə verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 02 Aprel 2025 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















