Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Donald Tramp Qəzzada atəşkəsə nail olacaqmı?

Donald Tramp Qəzzada atəşkəsə nail olacaqmı?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Hazırda ABŞ İsrail ilə HƏMAS arasında atəşkəsin əldə olunmasına çalışır. Prezident Donald Trampın iyulun 16-da Qətərə gerçəkləşən səfəri də bu məqsədi daşıyır. Səfər çərçivəsində o, Qəzza zolağında atəşkəsi və İran ətrafındakı vəziyyəti müzakirə edib.

Tərəflərin şərtləri razılaşmaya mane olur

Səfər zamanı əsas diqqət mərkəzində Qəzza zolağında vəziyyət olub. ABŞ lideri HƏMAS tərəfindən Qəzza sektorunda saxlanılan İsrail girovlarının azad edilməsinə nail olmaq istəyir. Xatırladaq ki, iyulun 6-da İsrail ilə HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəsin əldə olunması ilə bağlı dolayı danışıqların ilk raundu nəticəsiz başa çatmışdı. Nümayəndə heyətləri arasında danışıqlar Qətərin paytaxtı Dohada baş tutmuşdu. Bununla belə, bir neçə gün öncə Donald Tramp Qəzza zolağında vəziyyətin bir həftə ərzində həll oluna biləcəyini bəyan etdi. Ağ Ev rəhbəri Fələstin anklavında atəşkəslə bağlı danışıqların gedişi ilə bağlı sualı cavablandırarkən deyib: “Qəzza ilə bağlı danışıqlar davam edir və ümid edirəm ki, biz gələn həftə ərzində nizamlanmaya nail olacağıq. Nə baş verəcəyini görəcəyik”.

Trampın Qətərə budəfəki səfəri də prosesin davam etdiyini təsdiqləyir. Bu yaxınlarda ABŞ-da səfərdə olarkən İsrailin Baş naziri Benyamin Netanyahu da ölkəsinin  Qəzza zolağında münaqişənin diplomatik yolla həllinə razı olduğunu qeyd etmişdi. Onun sözlərinə görə, İsrail anklavda 60 günlük atəşkəsə razıdır, lakin tam demilitarizasiyada və Fələstinin radikal HƏMAS hərəkatının sektorda hakimiyyətdən uzaqlaşdırılmasında israrlıdır. Baş nazir bildirib ki, diplomatiya nəticə verməsə, İsrail bu məqsədinə hərbi yolla nail olmaq niyyətindədir. O qeyd edib ki, iyulun 9-da Qəzzada saxlanılan girovların bir qrup qohumu ilə ABŞ-dəki görüşdə bu mövqeyini açıqlayıb: “Biz bütün oğurlanmış insanları geri qaytarmaqda qərarlıyıq, bu barədə onlara dedim. Onlara dedim ki, biz indi 60 günlük atəşkəs müqabilində diri və ölü girovların yarısını azad etməyə çalışırıq. Atəşkəsin əvvəlində biz müharibənin daimi dayandırılması, yəni daimi atəşkəs haqqında danışıqlara başlayacağıq. Buna nail olmaq üçün irəli sürdüyümüz minimum şərtləri yerinə yetirmək lazımdır: HƏMAS silahı yerə qoyur, Qəzza silahsızlaşdırılır, HƏMAS-ın daha idarəetmə və ya hərbi potensialı olmur. Bunlar bizim əsas şərtlərimizdir”. O əlavə edib ki, Trampın dünyada və xüsusilə Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail olmaq səylərini yüksək qiymətləndirir.

Qətərin planı yenidən gündəmə gəlib

Yeri gəlmişkən, Fələstinin radikal HƏMAS hərəkatı Qətərin 2025-ci ilin yanvarında İsrail Silahlı Qüvvələrinin Qəzza zolağından çıxarılması üçün təklif etdiyi plana qayıtmağa hazır olduğunu  və kiçik güzəştlərə gedə biləcəyini bəyan edib. Bu barədə “Al Arabiya” telekanalı Fələstin mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, “HƏMAS” nümayəndələri Dohadakı məsləhətləşmələr zamanı Qətər təmsilçiləri tərəfindən 2025-ci ilin əvvəlində İsrail ordusunun Qəzza zolağından çıxarılması planı ilə bağlı müzakirələrə qayıtmağa hazır olduqlarını bildiriblər. Sənəd yəhudi dövlətinin qoşunlarının Fələstin anklavının sərhədindən 700 metr dərinlikdə, həmçinin sektorun müəyyən ərazilərində 400 metr dərinlikdəki mövqelərindən çıxarılmasını nəzərdə tutur.

Mənbələr vurğulayıb ki, HƏMAS bu planın bəzi məqamlarını tənzimləmək baxımından düzəlişlər edə bilər. Eyni zamanda, hərəkat Rəfah və Xan-Yunis şəhərləri arasında şərqdən qərbə doğru Qəzza zolağından keçən “Moraq” deyilən oxda İsrail bölmələrinin qorunub saxlanmasını tamamilə rədd edir. Hərəkatın rəhbərliyi hesab edir ki, İsrail hərbçilərinin ərazidə olması 400 minə yaxın fələstinlinin Rəfaha qayıtmasının qarşısını alacaq.

Bütün bunların fonunda ABŞ Prezidentinin Qətərə səfəri zamanı apardığı danışıqlar Qəzza zolağında atəşkəsə nail olmaq üçün ümidləri artırıb.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 İyul 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri