KİV: Suriyada yeni hökumətin formalaşdırılması Məhəmməd Bəşirə tapşırılacaq
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Suriyada iqtidara gələn müxalifətin ölkədə yeni hökumətin qurulmasını Məhəmməd Bəşirə həvalə edəcəyi gözlənilir.
"Hurriyyet.az" “Report”a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Bəşirə keçid mərhələsinə rəhbərlik etmək üçün yeni hökumətin tərkibini formalaşdırmaqla bağlı tapşırıq veriləcəyi gözlənilir”, - məlumatda deyilir.
Qeyd olunur ki, Məhəmməd Bəşir ixtisasca mühəndisdir. 2024-cü ilin yanvarından Suriya müxalifəti onu həmin vaxt nəzarət altında olan ərazilərdə baş nazir təyin edib. Bundan əvvəl isə o, müxalifət idarəetmə orqanında inkişaf və humanitar məsələlər naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, daha əvvəl Suriya müxalifəti onun rəhbərlik etdiyi yeni idarəetmə orqanının 18 aylıq keçid dövrü üçün nəzərdə tutulduğunu, o cümlədən yeni konstitusiyanın hazırlanmasına 6 ay vaxt ayrılacağını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 09 Dekabr 2024 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















