Suriyada müvəqqəti hökumətin formalaşdırılması barədə bəyanat verilib
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Suriyanın formalaşdırılmış müvəqqəti hökuməti 2025-ci ilin martınadək fəaliyyət göstərəcək.
“Report” “əl-Vətən” qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin müvəqqəti baş naziri vəzifəsini icra edən Məhəmməd əl-Bəşir bildirib.
“Müvəqqəti hökumət formalaşdırılıb, o, “xilas hökuməti”ndən olan bir neçə nazirdən ibarətdir. Bu, konstitusiya məsələləri həll olunanadək 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətdir”, – əl-Bəşir açıqlayıb.
O qeyd edib ki, hökumət ölkənin parçalanmasının qarşısını almaq üçün təhlükəsizliyin təmin edilməsi və dövlət qurumlarının sabitliyinin qorunması ilə məşğul olacaq. Əl-Bəşir əlavə edib ki, Nazirlər Kabineti yeni hökumət formalaşana qədər vətəndaşlara xidmət göstərəcək.
Siyasətçi əvvəlki kabinetin nazirlərinin müvəqqəti hökumətə kömək edəcəyinə ümid etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 11 Dekabr 2024 01:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















