KİV: “Tesla”nın idarə heyəti yeni şirkət üçün yeni direktor axtarışına başlayır
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Elektrikli avtomobil istehsalçısı olan “Tesla”nın direktorlar şurası şirkətin qurucusu İlon Maskın yerinə yeni baş direktor axtarışına başlayıb.
APA xəbər verir ki, bu barədə çərşənbə günü “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, bu, “Tesla” səhmlərinin aşağı düşməsi və Maskın ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) kuratoru kimi fəaliyyətinə həddən artıq diqqət yetirdiyinə inanan bəzi investorların narazılığı ilə bağlıdır.
İdarə Heyətinin üzvləri əvvəllər Maskdan “Tesla”nın işlərində daha fəal rol almasını xahiş etmişdilər. Lakin onun üçün varis axtarışı ilə bağlı onu xəbərdar edib-etmədikləri məlum deyil.
Baxış sayı:135
Bu xəbər 01 May 2025 07:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















