“Tesla”nın satışları azalıb
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Tesla”nın satışlarında azalma müşahidə olunub. Buna əsas səbəblər kimi rüblük tədarükün azalması, vergi güzəştlərinin olmaması və artan rəqabətin tələbatı zəiflətməsi göstərilir.
"Ölkə.az" xəbər verir ki, analitiklər şirkətin satışlarının 2026-cı ildə bərpa olunacağını proqnozlaşdırırlar. Gözləntilərə görə, əvvəlki baza modellərindən təxminən 5000 dollar ucuz olan “Standard” versiyalar, xüsusilə Çin elektromobillərinin sürətlə populyarlıq qazandığı Avropa və Asiya bazarlarında “Tesla”nın mövqeyini qorumasına kömək edəcək.
Şirkət 2025-ci ilin son rübü və illik istehsal-çatdırılma göstəricilərini yaxın günlərdə açıqlayacaq. Satışlardakı geriləməyə baxmayaraq, “Tesla” səhmləri bu il 14%-dən çox artıb və bu da Elon Musk-ın sərvətində artıma səbəb olub.
İnvestorların marağı isə əsasən Maskın robot texnologiyalarına, o cümlədən humanoid robotlar və özünüidarəetmə sistemlərinin inkişafına yönəlik planlarına əsaslanır. Bununla yanaşı, “Tesla”nın gəlirlərinin böyük hissəsi hələ də elektrik avtomobillərinin satışından formalaşır.(Trend)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 31 Dekabr 2025 03:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















