KİV: Ukrayna üçün real təhlükəsizlik zəmanəti yalnız ABŞ dən gələ bilər
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ rəsmiləri hesab edirlər ki, Ukrayna üçün yalnız Birləşmiş Ştatların təhlükəsizlik zəmanətləri həqiqi əhəmiyyət kəsb edir.
"Ölkə.az" xəbər verir ki, bu məsələ Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında keçirilən üçtərəfli danışıqların əsas mövzularından biri olub.
Məlumata görə, görüşdə atəşkəs, iqtisadi və hərbi məsələlər, eləcə də müharibədən sonra Ukrayna ərazisinin hansı hissəsinin Rusiyanın nəzarətində qalacağı müzakirə edilib. Nəşr yazır ki, danışıqlarda əsas fikir ayrılığı yaradan məqamlardan biri məhz müharibədən sonrakı ssenaridə Ukraynaya veriləcək Qərb təhlükəsizlik zəmanətləri olub.
Amerikalı rəsmi nəşrə açıqlamasında bildirib ki, ən vacibi rəsmi Vaşinqtonun zəmanətidir:
"Könüllülər koalisiyasının səyləri təqdirəlayiqdir. Onların bir neçə helikopteri, hərbçisi və bəzi zəmanətləri ola bilər, lakin ukraynalılarla danışsanız, başa düşərsiniz ki, əslində vacib olan məhz Amerika təhlükəsizlik zəmanətləridir".
Bildirilir ki, bu həftəki danışıqların böyük hissəsi iqtisadiyyata, həmçinin hazırda Rusiya qoşunlarının işğalı altında olan Zaporojye Atom Elektrik Stansiyasına (AES) kimin nəzarət edəcəyinə həsr olunub.
Digər bir ABŞ rəsmisi qeyd edib ki, tərəflər sülhdən nə əldə edə biləcəklərini təsəvvür etməyə başlayıblar. Bura Ukrayna üçün "çiçəklənmə planı", Rusiya üçün isə ABŞ ilə biznes sazişləri bağlamaq imkanları daxildir. O, hazırda Avropa ilə Rusiya arasında böyük etimadın olmadığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 25 Yanvar 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















