Icma.az
close
up
RU
Kiyev Bakı əməkdaşlığı, mövcud durum və perspektiv imkanlar

Kiyev Bakı əməkdaşlığı, mövcud durum və perspektiv imkanlar

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Dərin tarixi köklərə malik olan Ukrayna-Azərbaycan münasibətləri müstəqillik illərindən sonra daha da inkişaf edərək özünün yeni dövrünə qədəm qoyub. Hər iki ölkənin siyasi rəhbərlikləri arasında müxtəlif dövrlərdə mövcud olan möhkəm siyasi əlaqələr, eyni zamanda dostluq münasibətləri Kiyevlə Bakını ən yaxın tərəfdaşa çevirib. 2008 və 2011-ci illərdə Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlığa dair sənədlərin imzalanması bunun təsdiqidir.
Günümüzdə də Bakı ilə Kiyev arasında yüksəksəviyyəli əməkdaşlıq mövcuddur. Hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr hər ötən gün bir qədər də inkişaf edir və perspektivdə yeni-yeni imkanlar açır. Aprelin 25-də Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri də ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Bu səfəri Ukrayna ilə Azərbaycan arasında münasibətlərin inkişafında yeni mərhələ kimi qiymətləndirmək mümkündür.
Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri təkcə siyasi deyil, eyni zamanda iqtisadi, ticari, hətta müdafiə və təhlükəsizlik baxımından da əhəmiyyətlidir.
Həm Azərbaycan, həm də Ukrayna ərazi bütövlüyü məsələsində həssas mövqeyə malikdir. Bu səbəbdən tərəflər beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeləri daha koordinasiyalı şəkildə müdafiə etmək niyyətindədirlər.
Qeyd etdiyimiz kimi səfərin əsas diqqət çəkən məqamı təhlükəsizlik və müdafiə sahəsi oldu. Hər iki ölkənin hərbi-sənaye kompleksi müəyyən inkişaf səviyyəsinə malikdir. Ukrayna xüsusilə sovet dövründən qalma mühəndislik və texnoloji bazaya sahibdir, Azərbaycan isə son illərdə müdafiə sənayesinə ciddi investisiyalar yatırıb.
Bu sahədə əməkdaşlıq həm Bakı, həm də Kiyev üçün faydalıdır.
Müharibədən söz düşmüşkən, Kiyev üzləşdiyi müharibənin tezliklə sona çatmasını arzulayır. Bu mənada Ukraynanın Azərbaycandan gözləntiləri də yox deyil. Daha dəqiq desək Kiyev Azərbaycan dövləti və onun rəhbərliyinin sülh təşəbbüsləri, qlobal və regional aspektdə sülhyaratma missiyasının, vasitəçilik imkanlarının üzləşdiyi müharibədə də sınaqdan çıxarılması tərəfdarıdır. Daha dəqiq desək Ukrayna Rusiya ilə münaqişənin danışıqlar yolu ilə həlli məqsədilə qarşı tərəflə görüşün Azərbaycanda keçirilməsini istəyir. Bunu Zelenski azərbaycanlı həmkarı İlham Əliyevlə keçirdiyi görüşdə açıq şəkildə ifadə etdi.
İki ölkə arasında iqtisadi-ticari, mədəni-sosial, humanitar sahələrdə əməkdaşlıq da mühüm yer tutur. Təhsil, mədəniyyət və elm sahələrində əlaqələrin genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanı daha da gücləndirir. Ukraynada yaşayan azərbaycanlılar, bu ölkədə fəaliyyət göstərən diasporumuz, eləcə də Azərbaycandakı ukraynalı icma da bu münasibətlərin inkişafında mühüm rol oynayır. Biz də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) olaraq Kiyevlə Bakı arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərimizi əsirgəməmişik. ATXƏM-in yarandığı gündən əsas ana xəttini Türk dünyası ilə əlaqələrin inkişaf etdirilməsi təşkil etsə də, eyni zamanda digər ölkələrlə də əməkdaşlıq diqqətdən kənarda qalmayıb. Bu mənada təşkilat olaraq Ukraynada da ötən illlər ərzində bir sıra tədbirlər keçirmişik.
2010-cu ilin dekabr ayında Kiyev şəhərində keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik günü tədbirlərində iştirak etmişik. Səfər çərçivəsində Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspora nümayəndələri ilə bir sıra görüşlər keçirmişik, ATXƏM-lə bu ölkədə fəaliyyət göstərən diaspora təşkilatlarının birgə əməkdaşlıq məsələlərini müzakirə etmişik. Bu əməkdaşlığın nəticəsi olaraq Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları vaxtaşırı ATXƏM-i ziyarət etmiş, əməkdaşlıq andlaşmasına uyğun olaraq gələcək birgə əməkdaşlıq məsələlərini müzakirə etmişlər.
ATXƏM-in Ukrayna ilə əlaqələrinin genişlənməsi yalnız Azərbaycan diaspora təşkilatları ilə məhdudlaşmır. ATXƏM bu ölkədə Azərbaycan maraqlarının müdafiə olunmasında yerli icra strukturları ilə də əməkdaşlıqda maraqlıdır. Məhz bu əməkdaşlığın nəticəsidir ki, Kiyev şəhər elm və təhsil baş idarəsinin rəisi Vera Qoryunova Azərbaycana etdiyi rəsmi səfəri zamanı ATXƏM-in də qonağı olmuş, Ukrayna-Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsində QHT-lərin müstəsna rolunun olduğunu bildirmişdir.
Qeyd edək ki, ATXƏM-in rəsmi olaraq Türkiyə və Özbəkstanla yanaşı Ukraynada da nümayəndəliyi fəaliyyət göstərir. Ukraynada yaşayan krım tatarları Kiyevin Türk dünyası ilə əlaqələrinin genişlənməsində mühüm baza rolunu oynayır. Ukrayna nümayəndəliyinin rəhbəri Kiyev-Mohıla Akademiyası Milli Universitetinin genel dil bölümü kafedrasının müəllimi, Şərqşünaslıq Mərkəzi Türkoloji Araşdırmalar bölümü başkanı doç.dr. Fərhad Turanlı bu əlaqələrin yaradılmasında böyük əmək sərf etməkdədir.
Bundan başqa 2021-ci ildə Kiyevdə Avropa Azərbaycanlılar Konqresinin Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi ilə birgə "Ərazi bütövlüyü sabitlik və təhlükəsizliyin əsasıdır" mövzusunda beynəlxalq tədbir keçirildi ki, həmin tədbirdə də ATXƏM olaraq yaxından iştirak etdik. Elə Rusiyanın Ukraynaya təcavüzü zamanı buna ilk etiraz edən vətəndaş cəımiyyəti sırasında ATXƏM öndə olub və bu təcavüzü qətiyyətlə pisləyib.
Göründüyü kimi, vətəndaş cəmiyyəti institutları olaraq biz də Ukrayna ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində üzərimizə düşən məsuliyyəti hiss edir və bu istiqamətdə zaman-zaman müxtəlif layihələr həyata keçiririk. Hesab edirəm ki, Ukrayna prezidentinin Azərbaycana səfəri bu istiqamətdə də bir dinamizmin müşahidə edilməsinə gətirib çıxaracaq və daha məhsuldar fəaliyyət ortaya qoyulacaq.
İlham İsmayılov
ATXƏM sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Aprel 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri