Icma.az
close
up
RU
Bakı Daşkənd əməkdaşlığı: geniş imkanlar, yeni perspektivlər ŞƏRH

Bakı Daşkənd əməkdaşlığı: geniş imkanlar, yeni perspektivlər ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Dövlətimizin başçısı İlham Əliyevin avqustun 23-də Özbəkistanda dövlət səfəri çərçivəsində imzalanan sənədlər regionların gələcəyi üçün mühüm önəm kəsb edir. Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirildi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ali dərəcəli “Dostluq” ordenini dövlətimizin başçısına, cənab İlham Əliyev isə “Heydər Əliyev” ordenini Özbəkistanın dövlət başçısına təqdim etdi.

Özbəkistan Prezidenti təltifolunma mərasimindəki çıxışında vurğuladı ki, bizim hər bir görüşümüz tarixdir. Bugünkü səfər də tarixidir. Bu gün bütün istiqamətləri, hər bir layihəni çox dəqiqliklə nəzərdən keçirdik və İlham Heydər oğlu olduqca ciddi dəstək verdi. Biz yeni Yol Xəritəsini qəbul etdik, ticarət dövriyyəsini bir milyard dollara çatdırmaq barədə razılıq əldə etdik. Əlbəttə, bu, son hədd deyil: “Əziz dostlar, Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir. Biz görülən işlər və iki liderin iradəsi sayəsində nələrə nail olduğumuz barədə özümüzə daim hesabat verməliyik. Bu, qısa müddətdə əldə olunan böyük nəticədir. İlham Heydər oğluna dedim ki, 27 il aramızda heç bir nəticə olmayıb. Başa düşənlər bunu anlayır. Beləliklə, bu gün ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yeni səhifə açırıq. Qardaş Azərbaycanın nailiyyətlərinə səmimi-qəlbdən heyranıq. Hörmətli İlham Heydər oğlu, Azərbaycan Sizin rəhbərliyiniz ilə ölkənin inkişafında və beynəlxalq arenada böyük uğurlar qazanır. Yaxın dost, yaxın qonşu və müttəfiq olaraq, biz həmişə bu nəticələrə sevinirik. Siz ölkənin ərazi bütövlüyünü bərpa etməklə bir daha xalqınızı birləşdirdiniz. Siz dahi atanız, hörmətli Heydər Əliyevin işini layiqincə davam etdirirsiniz, onun müdrik vəsiyyətlərini, arzularını və istəklərini ardıcıl olaraq həyata keçirirsiniz. Azərbaycana səfərlərim zamanı şəxsən Qarabağda baş verən böyük dəyişikliklərin və bölgənin dinamik inkişafının şahidi oldum. Həmişə deyirəm ki, Azərbaycan bizim yaxın, etibarlı, zamanın sınağından çıxmış dostumuz və tərəfdaşımızdır”.

Əsrlərdən bəri iki ölkənin xalqlarını qardaşlıq münasibətləri, ortaq tarix və din, oxşar mədəniyyət, dil və adət-ənənələr birləşdirir. Cənab İlham Əliyev Özbəkistanla çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfələr verir. Bu fikri Özbəkistan Prezidenti də xüsusi qeyd etdi ki, cənab İlham Əliyev ölkələrimiz arasında müttəfiqliyin ön sıralarındadır. Belə bir əminlik də ifadə edildi ki, əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək: “Bu gün ölkəmizin əsl dostu olan Sizə bu nüfuzlu mükafatı - ən yüksək dərəcəli “Dostluq” ordenini təqdim etməkdən xüsusilə məmnunam. Bu, Özbəkistanla Azərbaycan arasında əbədi dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə Sizin verdiyiniz böyük töhfəyə hörmətin və minnətdarlığın rəmzidir. Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram. Bilirsiniz, bunun baş verməsi məni çox sevindirir… Bu, Özbəkistan dövlətinin ən yüksək ordenidir və Siz əmin ola bilərsiniz ki, buna layiqsiniz”.

Prezident İlham Əliyev isə bildirdi ki, bu, mənim üçün böyük şərəfdir və bu yüksək mükafata layiq olmaq, xalqlarımız, dövlətlərimiz arasında dostluğu və qardaşlığı möhkəmləndirmək naminə fəaliyyətimə davam etmək üçün bundan sonra da bütün səylərimi əsirgəməyəcəyəm. Səfər çərçivəsində müxtəlif sahələr üzrə imzalanan sənədlər əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Bu sənədlər arasında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni qeyd edə bilərik. Bu sənəd ilə Azərbaycan-Özbəkistan qardaşlığı yeni və daha möhkəm mərhələyə qədəm qoyaraq, iki xalq arasında əbədi dostluq və sarsılmaz həmrəyliyin rəsmi ifadəsinə çevriləcəkdir. Müttəfiqlik münasibətlərindən əbədi dostluğa uzanan bu yol, Azərbaycanla Özbəkistan arasında qardaşlığın yalnız bu gününü deyil, gələcək nəsillərini də birləşdirən möhkəm təməl rolunu oynayacaq.

Eyni soykökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf edir. İki ölkə arasında bu vaxtadək imzalanmış onlarla sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu çağırışı edir ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində də bu məqamlara xüsusi diqqət yönəltdi. Azərbaycanla Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Təşkilat çərçivəsində əməkdaşlığa dair əsas məsələlər müzakirə edildi və TDT-nin möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalandı.

Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir. Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.

Əməkdaşlığımız, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətimiz böyük perspektivlər vəd edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Bu baxımdan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri regional əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və birgə təşəbbüslərin müzakirəsi üçün çox vacib nüfuzlu platformalardan biridir.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Avqust 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri