Icma.az
close
up
RU
“Kiyev bu alçaldıcı tələbə boyun əyməyəcək” Ekspert Zelenskinin mesajlarını ŞƏRH ETDİ

“Kiyev bu alçaldıcı tələbə boyun əyməyəcək” Ekspert Zelenskinin mesajlarını ŞƏRH ETDİ

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Politoloq Elxan Şahinoğlu Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa Şurasındakı çıxışını təhlil edib. 

Ekspertin sözlərinə görə, Zelenski bir sıra vacib məqamlara toxunub: “Birincisi, Zelenski bildirib ki, Ukrayna ordusu 150-dən 3000 kilometrədək məsafədə yerləşən hədəfləri öz istehsalı olan uzaqmənzilli silahlarla vura bilir. Bununla o demək istəyib ki, Ukrayna ABŞ-dan uzaqmənzilli raketlər almaq istəyir, lakin bu silahlar olmasa belə, ölkə artıq Rusiyanın strateji obyektlərinə zərbə endirə biləcək imkanlara malikdir.

Prezident eyni zamanda vurğulayıb ki, ABŞ-dan alınan uzaqmənzilli silahlar Rusiya ərazisindəki hədəflərə qarşı istifadə edilməyib – bu, Vaşinqtonun əsas tələblərindən biridir. Bununla belə, Zelenski yaxın gələcəkdə “Tomaqavk” raketlərinə sahib olmaq istədiyini qeyd edib. Lakin ABŞ Prezidenti Donald Tramp bu raketlərin Ukraynaya verilməsi prosesini ləngidir”.

Ekspertin fikrincə, Ukraynaya verilməsi planlaşdırılan 50 “Tomaqavk” raketinin müharibədə ciddi dönüş yaradacağını demək çətindir: “Zelenski Ukraynanın iştirakı olmadan Rusiya və ABŞ liderləri arasında görüşün keçirilməsinə qarşı çıxır. Çünki işğala məruz qalan Ukraynadır və müharibənin hansı şərtlərlə dayandırılacağı barədə müzakirələrdə bu ölkənin iştirak etməsi vacibdir”.

Elxan Şahinoğlu əlavə edib ki, Zelenski ABŞ rəhbərliyinin Ukraynanın Rusiyanın işğal etdiyi ərazilərlə barışmasını istəməsini qəbul etmir: “Zelenski atəşkəsə razıdır, lakin Putin bu razılaşmanın müqabilində Kiyevdən işğal edə bilmədiyi əraziləri tələb edir. Kiyev bu alçaldıcı tələbi yerinə yetirməyəcək. Məhz buna görə ABŞ və Rusiya prezidentlərinin Budapeştdə planlaşdırılan görüşü təxirə salınıb. Putinin tələbinin məntiqsiz olduğunu Tramp da anlayıb. Zelenskinin mövqeyi qətidir: ‘Ukrayna Rusiyaya ərazi güzəştlərinə getməyəcək’.”

Politoloq xatırladıb ki, Ukrayna Prezidenti çıxışında Çin lideri Si Cinpinin siyasətinə də toxunub: “Zelenski deyib ki, Si Cinpin ona Rusiyaya silah satmayacağı barədə söz verib. Lakin bu vədin yerinə yetirilmədiyini bu şəkildə qiymətləndirib:‘Çin Rusiyaya kömək edir, Ukraynaya isə yardım etmir. Çin nə bizim qələbəmizdə, nə də Rusiyanın məğlubiyyətində maraqlıdır". Bu, reallığı əks etdirir. Çinin xarici işlər naziri Van Yi Brüsseldə bəyan etmişdi ki, Rusiya məğlub olarsa, ABŞ diqqətini Çinə yönəldəcək və Pekinə təzyiqlər artacaq."

Elxan Şahinoğlunun fikrincə, Rusiya-Ukrayna müharibəsi müəyyən mənada Pekinin maraqlarına da cavab verir: “Bu müharibə Rusiyanı zəiflədir və Kremlin Pekindən asılılığını daha da artırır.”

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Oktyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri