Kiyev hələ də sülh yolu ilə nizamlanma istəyini kifayət qədər nümayiş etdirməyib
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
Ukrayna hakimiyyəti indiyədək münaqişənin sülh yolu ilə həlli üçün kifayət qədər istək nümayiş etdirməyib.
Bunu Amerika lideri Donald Tramp jurnalistlərlə söhbətində deyib.
Floridadan Vaşinqtona qayıdan prezident təyyarəsinin göyərtəsində ondan soruşublar ki, Kiyev Vaşinqtonla Ukrayna resurslarına dair saziş imzalayacağı təqdirdə ABŞ Ukraynaya yardımı bərpa edəcəkmi?
"Düşünürəm ki, onlar resurs sazişi imzalayacaqlar. Amma mən onların sülh istəmələrini istəyirəm", - Tramp bildirib.
Ondan soruşublar ki, Kiyev bunu necə nümayiş etdirməlidir. “İndi onlar bunu lazım olan dərəcədə göstərmirlər, mən hesab edirəm ki, bunu hələ etməyiblər, amma düşünürəm ki, bu, yaxın iki-üç gündə özünü büruzə verəcək”, - deyə dövlət başçısı vurğulayıb.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 10 Mart 2025 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















