Icma.az
close
up
RU
“Kiyev kotleti”ndən sonra “Bakı dolması” Medvedevin şifrəli menyusunda Azərbaycan da var?

“Kiyev kotleti”ndən sonra “Bakı dolması” Medvedevin şifrəli menyusunda Azərbaycan da var?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son paylaşımı diqqət çəkib. O, bir növ ölkələrin bölgüsünü aparıb.

Sitat: “Menyuda yüngül qəlyanaltılar – Brüssel kələmi, Britaniya balıq və çipsləri və Paris xoruzudur. Əsas yemək Kiyev kotletidir. Nuş olsun!”.

Medvedevin bu sözləri müzakirələrə yol açıb. İddia olunur ki, ABŞ prezidenti Donlad Tramp və rusiyalı həmkarı Vladimir Putinin telefon danışığı Ukrayna və Avropanı bölüşdürməyə xidmət edir və paylaşımın səbəbi də budur.

Bu məsələnin Cənubi Qafqaza nə kimi təhlükəsi var? Bölgü sırası Azərbaycana da çata bilərmi?

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, Medvedevin bu paylaşımı diplomatik çevrələrdə geniş yayılmış bir lətifəni təkrarlayır.

Onun sözlərinə görə, bu lətifədə deyilir ki, əgər siz masa arxasında oturmamısınızsa, deməli, menyudasınız:

Vəli Əlibəyov

“Medvedev də bununla demək istəyib ki, dünyanın sonrakı düzənini iki ölkə – ABŞ və Rusiya həll edir, qalanları sadəcə, müzakirə obyektidirlər. Onun sözlərində həqiqət var. Tramp-Putin telefon danışığı bəzi mənbələrə görə 2-3 saat davam edib. Mətbuat üçün açıqlanan məlumatların müzakirəsinə isə 30 dəqiqədən çox vaxt lazım olmazdı. Deməli, Trampla Putin başqa ciddi məsələlər barədə də danışıblar. İstisna etmək olmaz ki, ABŞ-la Rusiya dünyanın yeni siyasi xəritəsini cızıblar”.

Məsələnin Qafqaza çatıb-çatmayacağına gəlincə, politoloq deyib ki, nüfuz dairələrinin bölgüsündə Qafqazın, ələlxüsus da Azərbaycanın xüsusi yeri var:

“Bölgə də, Azərbaycan da müstəsna geosiyasi əhəmiyyətə malikdir, əsas ticarət və enerji yollarının üzərindədirlər. Yəqin ki, müzakirələrdə Azərbaycanın da adı hallanıb. Bəs niyə görə o zaman, Medvedev paylaşımında, məsələn, “Azərbaycan dolması”nı xatırlamayıb? Ona görə ki, hazırda Rusiya üçün önəmli məsələ Ukrayna və Avropadır. Amma onlarla “işlərini bitirəndən” sonra nəzərlərini keçmiş SSRİ dövlətlərinə, o cümlədən, Azərbaycana yönəldə bilərlər”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Mart 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri