Kiyev müttəfiqlərindən 50 min əsgər gözləyir Financial Times yazır
Icma.az, Publika.az portalına istinadən məlumat verir.
Kiyev rəsmiləri hesab edirlər ki, Qərb müttəfiqləri Ukrayna sərhədində təhlükəsizliyi təmin etmək üçün təxminən 40-50 min əsgər göndərə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
“Kiyev və onun Qərb tərəfdaşları arasında müzakirələrdə iştirak edənlərin fikrincə, Ukrayna rəsmiləri hesab edir ki, 1000 kilometrlik cəbhə xətti boyunca təhlükəsizlik qüvvələri kimi fəaliyyət göstərən 40 mindən 50 minə qədər xarici əsgərin göndərilməsi mümkündür”, - deyə nəşr yazır.
Mütəxəssislərin fikrincə, 40 min əsgər asan hədəf olmamaq üçün kifayətdir. Bu qüvvələrin Böyük Britaniya, Fransa, Hollandiya, həmçinin Baltikyanı və Şimali Avropa ölkələrinin də daxil olduğu xüsusi koalisiya çərçivəsində yaradıla biləcəyi ehtimal edilir.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 23 Yanvar 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















