Qərb Ukraynaya 50 minə qədər sülhməramlı göndərə bilər Financial Times
Icma.az, Sfera.az portalına istinadən məlumat verir.
Qərb Ukraynaya 50 minə qədər sülhməramlı göndərə bilər.
Sfera.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri yazır.
Məlumatda bildirilir ki, 40-50 min xarici əsgər 1000 kilometrlik cəbhə xəttində təhlükəsizlik qüvvələri kimi fəaliyyət göstərə bilər. Rəsmilər bu variantı mümkün hesab edirlər. Qeyd edilib ki, Volodimir Zelenski daha əvvəl Avropa effektiv çəkindirmənin təmin edilməsində ciddi olarsa, bunun üçün ən azı 200 min əsgər lazım olduğunu bildirmişdi.
Atəşkəsdən sonra Ukrayna ilə Rusiya arasındakı sərhədə sülhməramlıların göndərilməsi ilə bağlı artıq təkliflər olub. Fransa Prezidenti Emmanuel Makron da daxil olmaqla bir sıra siyasətçilərin Avropa qoşunlarının sayının 40 minə çata biləcəyi bir missiyanın konkret məzmununu müzakirə etdiyi bildirilir. KİV-in məlumatına görə, ABŞ-nin yeni Prezidenti Donald Trampın administrasiyası Avropa ölkələrinin kontingenti hesabına 200 min nəfərlik missiya yaratmaq imkanını nəzərdən keçirir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bəyan etmişdi ki, xarici hərbi kontingentlərin Ukraynada görünməsi son dərəcə mənfi, hətta düzəlməz nəticələrə səbəb olacaq.
Firuzə Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 23 Yanvar 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















