Icma.az
close
up
RU
Kiyev NATO zəmanəti ilə münaqişənin nizamlanmasına hazırdır

Kiyev NATO zəmanəti ilə münaqişənin nizamlanmasına hazırdır

Icma.az, Report.az portalına istinadən məlumat verir.

“Ukrayna NATO zəmanətlərini yalnız nəzarət etdiyi ərazilərə şamil etməyə razıdır və bunu münaqişənin diplomatik həllinə aparan yol kimi görür”.

“Report” xəbər verir ki, bu fikri amerikalı jurnalist Leks Fridmana müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

NATO Ukraynanın nəzarətində olan hissədə fəaliyyət göstərə bilər. Bununla razılaşa bilərikmi? Mən əminəm ki, belədir. Bu, bizim üçün o qədər də böyük uğur deyil, amma müharibəni diplomatik yolla bitirmək yolunu görürüksə, deməli, bu, birincidir. İkincisi, hərbi yardımıdır”, - deyə o vurğulayıb.

Eyni zamanda, Zelenski əlavə edib ki, hətta atəşkəs üçün Kiyevə Ukraynanın nəzarətində olan ərazinin təhlükəsizliyinə zəmanət lazım olacaq.

Söhbət atəşkəsdən gedirsə, o zaman aydın başa düşməliyik ki, nəzarət etdiyimiz ərazilər üçün təhlükəsizlik təminatları var”.

Söhbət əsnasında Fridman Ukraynada münaqişəyə son qoymaq üçün sazişlərin bağlanmasını arzuladığını deyib və mümkün tarix kimi 25 yanvarı qeyd edib. Yanvarın 20-də ABŞ prezidentliyinə keçdikdən sonra dərhal nizamlanmaya nail olmaq niyyətində olduğunu dəfələrlə bəyan edən Donald Trampın andiçmə mərasimi keçiriləcək.

Ukrayna lideri isə vurğulayıb ki, rəsmi Kiyev yanvarın sonunda ABŞ və Avropa ölkələri ilə münaqişənin həlli ilə bağlı danışıqlar aparmağa hazırdır:

“Əvvəla, düşünürəm ki, yanvarın 25-də və ya başqa bir gündə - siz bunu sadəcə 25 yanvar adlandırırsınız və buna etiraz etmirəm, biz ilk növbədə Trampla oturacağıq. Müharibəni necə dayandırmaq barədə onunla razılaşırıq. İkincisi Avropadır, çünki biz Avropanın bir hissəsiyik və Avropanın da söz sahibi olması bizim üçün çox vacibdir. Bundan sonra artıq ruslarla söhbət ola bilər”.

Onun sözlərinə görə, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynaya təyyarə ilə səfər edən ilk lider ola bilər.

Eyni zamanda, bu söhbətlər nəticəsində Ukraynanın NATO-ya üzvlüyünü nəzərdə tutmayan sazişin imzalanmasının mümkün olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq, Zelenski birmənalı cavab verməsə də, Budapeşt Memorandumunun imzalanması zamanı belə bir cəhdin edildiyini və uğursuzluqla başa çatdığını qeyd edib: “Ukraynanın nüvə silahı var idi. Bunun yaxşı və ya pis olduğunu mühakimə etmək istəmirəm. Bu gün bizdə olmaması pisdir”.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Yanvar 2025 01:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri