Kiyev Rusiya və ABŞ arasında dialoqu pozmağa çalışır Zaxarova
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Kiyev enerji obyektlərinə hücum etməklə Moskva ilə Vaşinqton arasında başlayan dialoqu pozmağa çalışır".
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumlarının heç bir hərbi əhəmiyyəti yoxdur. Rusiya Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, bütün obyektlər etibarlı şəkildə qorunur, insidentlərin nəticələri operativ şəkildə aradan qaldırılır. Amma Kiyevin niyyəti real ziyan vurmaq deyil.
"Ukrayna Silahlı Qüvvələrinin hazırkı vəziyyətini nəzərə alsaq, prinsipcə mümkün olmayan real ziyan vurmamaq, əksinə, Qərb mediasında növbəti isteriya üçün informasiya bəhanəsi yaratmaq və Moskva ilə Vaşinqton arasında başlayan dialoqu pozmağa çalışmaqdır", - Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi aydınlıq gətirib.
Zaxarova vurğulayıb ki, Rusiya Kiyevin təxribatçı hərəkətlərinə boyun əyməyəcək.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 03 Aprel 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















