Icma.az
close
up
RU
Zaxarova izi azdırmağa çalışır

Zaxarova izi azdırmağa çalışır

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova ötən gün keçirdiyi ənənəvi brifinqində iddia edib ki, Ukraynanın güc strukturları (konkret olaraq Ukrayna Təhlükəsizlik Xidməti - SBU) Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaq üçün təxribatlar törətməyə hazırlaşır. Onun iddiasına görə, Ukrayna Təhlükəsizlik Xidməti mövcud Rusiya-Azərbaycan ziddiyyətlərindən etnik zəmində nifrət və düşmənçiliyin qızışdırılması üçün istifadə etmək niyyəti ilə rusiyalı çuğulçuların, rus qaçqınların əli ilə Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı təxribatlar törədəcək.
Bu, çox ciddi ittiham və iddiadır. Təsadüfi deyil ki, Zaxarovanın bu bəyanatına Ukrayna tərəfinin cavabı gecikmədi. Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bu iddiaları yalan və dezinformasiya adlandırıb. Ancaq onu da deməliyik ki, əslində, Zaxarova bir məsələdə haqlıdır, bəli, belə təxribatların baş verməsi mümkündür. Ancaq həmin təxribatların əsl müəllifi isə Ukrayna Təhlükəsizlik Xidməti yox, yalnız Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ola bilər. Çünki Rusiyanın güc strukturları illərdir ki, məhz bu cür işlərlə məşğuldurlar. Elə iyunun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirilən qanlı basqın əməliyyatı da məhz "FSB"-nin təxribatı idi.
Yekaterinburqdakı təxribatdan sonra onsuz da gərgin olan (AZAL-ın təyyarəsinin vurulmasına görə) Rusiya-Azərbaycan münasibətləri daha da pisləşdi. Buradan da belə bir məntiqi nəticə ortaya çıxır ki, Kreml Rusiya-Azərbaycan münasibətlərini pozmağa çalışan real təxribatçıları Ukraynada yox, öz hakimiyyət eşalonunda, xüsusən də Rusiyanın güc strukturlarının sıralarında axtarmalıdır. Bu ölkənin güc strukturlarının və "Z blogerlər"inin son vaxtlar Azərbaycana və azərbaycanlılara qarşı təxribatları, informasiya hücumları səngimək bilmir. Mariya Zaxarova isə bilərəkdən izi azdırmağa çalışır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Avqust 2025 00:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

17 İyun 2026 18:55see355

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun 2026 16:23see311

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

17 İyun 2026 19:24see244

Abdul Hüseynov: “Tarixi binaların sökülməsinə qərar verən şəxslər səlahiyyətlərindən yəqin düzgün istifadə edərlər”

17 İyun 2026 20:23see234

ABŞ İranı niyə məğlub edə bilmədi? ŞOK HƏQİQƏT

17 İyun 2026 14:46see203

Dünya çempionatı: Norveç qələbə qazanıb

17 İyun 2026 04:21see186

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see186

Neft emalı zavodlarına edilən hücumlar “kömək etdi”...

17 İyun 2026 19:43see178

Maskdan 60 milyard dollarlıq plan

17 İyun 2026 03:52see169

2023 cü ildə bizə zəng vurdular ki, eviniz hazırdır Sakin şirkət tərəfindən aldadıldığını İDDİA ETDİ

17 İyun 2026 22:09see169

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see167

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

18 İyun 2026 06:24see167

Bişirməzdən əvvəl hansı qidalar yuyulmamalıdır?

18 İyun 2026 00:13see167

Hilalın altında Bakı... Foto

18 İyun 2026 00:18see166

“ABŞ ordusu bir müddət Körfəzdə qalacaq”

18 İyun 2026 03:01see161

Keyn matçın ən yaxşı oyunçusu seçildi Linekerə çatdı

18 İyun 2026 02:23see154

Azərbaycanda kraudfandinq fəaliyyəti tənzimlənəcək

17 İyun 2026 14:50see154

Tramp və Pezeşkian ABŞ İran sazişinin nüsxəsini imzalayıblar

18 İyun 2026 05:01see151

Azərbaycanlı idmançı bürünc medal qazandı

17 İyun 2026 09:29see147

Zlatan İbrahimoviç Kriştiano Ronaldonu tənqid etdi

18 İyun 2026 06:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri