Icma.az
close
up
RU
Kiyev üçüncü qütbə üz tutur: Zelenski ilə Si Szinpin arasında görüş əməli nəticə verməyəcək

Kiyev üçüncü qütbə üz tutur: Zelenski ilə Si Szinpin arasında görüş əməli nəticə verməyəcək

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Proseslər Trampın istədiyi kimi getsə, yaxın gələcəkdə Vaşinqton, Moskva və Pekin dünya birliyinin müqəddəratını təyin etməyə başlayacaqlar


Vladimir Zelenski ilə Çin lideri Si Szinpin arasında görüş təşkil etməyin vaxtı çatıb. Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. Onun fikrincə, Pekinin neytral mövqeyini qorumaq üçün Si Szinpin və Zelenski arasında görüşün baş tutması çox zəruridir. 

Qeyd edək ki, Yermak ötən il də Kiyevin Çin lideri Si Szinpinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşə ümid etdiyini bildirmişdi.


Politoloq Tofiq Abbasov “Sherg.az”a qeyd edib ki, Ukrayna müharibəsinin uzanma ehtimalı mümkündür:


“Amma Zelenksi və Ukrayna rəhbərliyi elə bir manevr edə bilərlər ki, mövcud vəziyyətdən ağrısız çıxsınlar və özlərinə bəraət qazandıra bilsinlər. Amma vəziyyət bir qədər də çətindir. Pekin üç güc mərkəzindən birini ehtiva edir və Andrey Yermak üçüncü qütbə əl atmağı təklif edir. Lakin Vladimir Zelenski ilə Çin lideri Si Szinpin arasında görüşün hansısa əməli nəticə verəcəyini düşünmürəm. Ukraynanın vəziyyəti o qədər ağrılıdır ki, onlara Rusiyanın hücumlarının qarşısını almaq üçün kiminsə dəstək verəcəyinə inanmıram. Çinə lazım olan müharibənin tezliklə dayanması və Şimal dəhlizinin açılmasıdır. Çin özünün istehlakçı və ixracatçı olduğunu nəzərə alaraq Avropaya çıxan dəhlizlərinin çoxluğunun vacib olduğunu anlayır. Şimal-Cənub dəhlizinin hazırda bağlı qalmasının səbəbi Ukrayna müharibəsidir. Si Szinpinin Amerikaya qarşı getmək niyyəti yoxdur. Hesab edirəm ki, Kiyev və Brüssel Amerika qarşısında elə vəziyyət yaratmalıdır ki, Donald Tramp bundan narazı olmasın. Amerikanın müharibədən əvvəl və sonra Ukraynaya verdiyi dəstəklərin sayı-hesabı yoxdur. Amerika kapitalizmi hazırda özünün həqiqi simasını ortaya qoyur. Ona görə də Tramp açıq şəkildə olmasa da, sazişə imza atmaqla öz xeyrini güdməyə çalışır”. 


Ekspert bildirib ki, burada ən mənfi rolu isə Avropa oynayır, onlar Ukraynanın fikrini qətiyyən düşünmürlər:

“Onlara lazım olan Amerikanın öz çətirini Avropadan kənara çəkməməsidir. Ona görə də Rusiyanın adı altında şantaj ilə məşğuldurlar. Guya Rusiya Ukraynadan sonra onların üstünə hücum edəcək. Bu isə Amerikaya yenidən pul xərclətmək üçün atılan addımlardır. Lakin Ağ Evdə nə qədər ki, Donald Tramp oturacaq o, Avropanın oyunlarına getməyəcək. Digər tərəfdən Avropa o qədər zəif deyil ki, hər kəsin qarşısında zar-zar ağlasın və yardım istəsin. Amerika başa düşür ki, hegemonluq siyasəti aparmağın digər tərəfi isə hamının əvəzinə pul xərcləməkdən ibarətdir. Donald Tramp isə buna getmək istəmir. Sözügedən proseslər Trampın istədiyi kimi getsə, yaxın gələcəkdə Vaşinqton, Moskva və Pekin dünya birliyinin müqəddəratını təyin etməyə başlayacaqlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Mart 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri