Tramp, Putin və Szinpin arasında üçtərəfli görüş olacaq
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp gələn həftə Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Çin Sədri Si Szinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçirəcək.
Axar.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmiləri jurnalistlərə məlumat veriblər.
Rəsmilərin sözlərinə görə, ABŞ, Çin və Rusiya liderlərinin ilk dəfə keçiriləcək üçtərəfli görüşünün əsas mövzusu nüvə silahlarının ləğvi olacaq. Tərəflərin İran məsələsini də müzakirə edəcəyi gözlənilir.
Bununla yanaşı, Donald Trampın görüş zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etmək niyyətində olmadığı bildirilir.
ABŞ rəsmiləri görüşün konkret razılaşma ilə nəticələnəcəyini gözləmədiklərini, danışıqları nüvə tərk-silahı məsələsində ilkin müzakirə kimi qiymətləndirdiklərini qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 14 Noyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















