Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Kiyev və Moskva “sülh masası”na doğru addımlayır: müharibə dayanır?

Kiyev və Moskva “sülh masası”na doğru addımlayır: müharibə dayanır?

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moskvanın da, Kiyevin də şərtlərində ciddi dəyişiklik yoxdur – Bu, əsaslı sülhün əldə olunmasına əngəl yaradır

Ötən həftə Parisdə Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-ın yeni Prezidenti Donald Tramp arasında üçtərəfli görüş baş tutdu. 20 dəqiqə davam edən görüşdən sonra hər hansı bəyanat verilmədi. Tərəflər arasında görüş barədə razılıq isə əvvəlcədən əldə olunub.

Zelenski üçtərəfli görüşlə bağlı “X”də yazıb ki, Kiyev müharibənin tez və ədalətli şəkildə bitməsini istəyir: “Güc vasitəsilə sülh mümkündür. Birgə işi davam etdirməklə bağlı razılıq əldə olunub”.

Həmin gün jurnalistlərə açıqlama verən Zelenski deyib ki, istənilən sülh sazişi “ukraynalılar üçün ədalətli olmalıdır” ki, “Rusiya və Putin və ya digər təcavüzkarların geri qayıtmaq imkanı olmasın”. Bazar günü başqa bir sosial media paylaşımında Zelenski Rusiyanın 2022-ci il fevralın 24-ü genişmiqyaslı hərbi müdaxiləsindən sonra Ukraynanın 43, 000 əsgərini itirdiyini, daha 370, 000 nəfərin yaralandığını bildirib.

Qeyd edək ki, seçki kampaniyası zamanı Tramp hələ andiçmədən əvvəl “24 saat ərzində Ukrayna münaqişəsinə son qoyacağını, Kiyevə çoxmilyardlı yardımı dayandıracağını” vəd edib.

Tramp isə Parisdə Fransa və Ukrayna liderləri ilə görüşdən qısa müddət sonra bazar günü Ukraynada dərhal atəşkəsə çağırıb və Kiyevin “1000 gündən çox davam edən müharibəyə son qoymaq üçün razılaşmanın əldə olunmasını istədiyini” deyib. ABŞ lideri “Truth” sosial platformasında paylaşımında Moskva və Kiyevin “heç vaxt başlamamalı olan” müharibədə yüz minlərlə əsgər itirdiyini iddia edib.

“Dərhal atəşkəs əldə olunmalı və danışıqlara başlanılmalıdır. Çox sayda insanın həyatı lazımsız yerə məhv edilir, çoxlu ailə məhv edilir”, o, Rusiya Prezidenti Vladimir Putini döyüşləri sona çatdırmaq üçün hərəkətə keçməyə çağıraraq bildirib.

Xatırladaq ki, Rusiya və Ukrayna itkilərlə bağlı rəsmi rəqəmləri açıqlamaqdan çəkinir. Lakin Qərb rəsmiləri deyirlər ki, Ukraynanın şərqində son bir neçə ay davam edən ağır səngər döyüşləri hər iki tərəfdən rekord itkilərlə nəticələnib, hər ay on minlərlə ölən və yaralanan olub.

Ukrayna Prezidenti Trampla görüşündə Kiyevə təhlükəsizlik zəmanəti istəyib. Bu barədə isə “Reuters” məlumat yayıb. Məlumata görə, Ukrayna lideri Trampa təkcə atəşkəsin kifayət etmədiyini deyib.

“Görüş zamanı bəzi əsas məqamlar qeyd edilib. Məsələn, sülhün təminatlara ehtiyacı olduğu bildirilib, çünki təkcə atəşkəs kifayət deyil”, – “Reuters”in mənbəsi bildirib.

Ukraynalı və beynəlxalq müşahidəçilər hesab edirlər ki, artıq demək olar ki, Rusiya ilə Ukrayna atəşkəs və sülh danışıqlarının bir addımlığındadırlar. Trampın ABŞ-da hakimiyyətə gəlişi ilə danışıqların başlayacağı gözlənilən idi. Hətta Tramp adminstrasiyasının Ukrayna münaqişəsinin həlli barədə planlarının olduğu da bəllidir. Düzdür, detallar açıqlanmır, amma plan üzərində işlər getməkdədir.

Yeri gəlmişkən, Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak ötən həftə Vaşinqtonda Trampın komandası ilə ilk danışıqları aparıb. Bu barədə “The Wall Street Journal” yazıb. Nəşrin məlumatına görə, Ukrayna nümayəndə heyəti ilə görüşdə ABŞ-ın gələcək vitse-prezidenti J.D.Vens, Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uols və Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloq iştirak edib. Həmçinin Yermak Floridada Trampın rəhbərliyi altında Ağ Ev aparatına rəhbərlik edəcək Suzi Uals ilə də görüşüb.

Danışıqların təfərrüatları açıqlanmayıb. Lakin nəşrin mənbələrinə görə, Ukrayna tərəfi Tramp komandası ilə münasibətləri yaxşılaşdırmaq və Rusiya ilə müharibədə sülh bağlamağa hazır olduğunu nümayiş etdirmək niyyətində olub.

“Ancaq bu, davamlı bir sülh olmalıdır. Qeyri-sabit, müvəqqəti sülh nə ABŞ-ın, nə də Ukraynanın maraqlarına xidmət edir”, - nəşrin həmsöhbəti bunun hansı münaqişənin həlli ssenarisi əsasında mümkün olacağını açıqlamayıb.

Daha əvvəl “Reuters”ə mənbələr bildiriblər ki, Trampın müşavirləri Ukraynadakı müharibəni bitirmək üçün ən azı üç variant təklif edirlər. Onlardan biri Keyt Kelloqa məxsusdur. Bu, Ukrayna Silahlı Qüvvələrinin ABŞ-ın köməyindən istifadə edərək Ukrayna və Rusiyanı danışıqları bərpa etməyə məcbur etməkdir. Eyni zamanda, danışıqların ilkin mərhələsində cəbhə xəttində hərbi əməliyyatların dondurulacağı və Ukraynanın 10 il ərzində NATO-ya dəvət olunmayacağı ehtimal edilir.

Başqa bir plan J.D.Vans tərəfindən hazırlanıb. Onun təfərrüatları dəqiqləşdirilməyib, lakin açıq şəkildə o, Rusiya və Ukrayna arasında cəbhə xətti boyunca demilitarizasiya zonasının yaradılmasını, habelə onun neytral statusunun qorunub saxlanmasına zəmanət verməyi təklif edib.

Digər təşəbbüsün müəllifi isə Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi postuna namizəd hesab edilən Riçard Qrenelldir. O, sülh sazişinin bir hissəsi kimi müəyyən “muxtar zonaların” yaradılmasını təklif edib və Kiyevin NATO-ya dəvət edilməsinə qarşı çıxıb.

Əvvəllər sülh danışıqlarına başlamaq üçün 1991-ci il sərhədlərinə qayıtmaqda israr edən Ukrayna Prezidenti Zelenski noyabrın sonunda Kiyevin işğal etdiyi əraziləri diplomatik yollarla qaytara biləcəyini etiraf edib: “Lakin bu halda atəşkəs üçün Ukrayna NATO-ya dəvət almalıdır”.

Bundan sonra Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Ukraynada sülhün yeganə təminatı ölkənin NATO-ya üzvlüyü ola bilər. Departament hər hansı digər təhlükəsizlik zəmanətlərini rədd edərək onları “surroqat” adlandırıb.

Beləliklə, ekspertlərin də qənaətincə, ABŞ-ın rəhbərliyi ilə Ukrayna müharibəsinin həlli üçün “sülh masası”nın qurulması elə də uzaqda deyil. Amma bu “sülh masası”ndan hansı nəticə əldə olunacaq, bunu indidən söyləmək çətindir. Çünki tərəflərin mövqelərində dəyişiklik olsa da, bu, münasibətlərin tam normallaşmasına imkan vermir. Moskvanın da, Kiyevin də şərtlərində ciddi dəyişiklik yoxdur. Bu isə əsaslı sülhün əldə olunmasına əngəl yaradır. /ayna.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Dekabr 2024 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri