Kiyevdə elektrik təchizatı DAYANDI Mərkəzi küçələr və metro stansiyalar işıqsız qalıb
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində elektrik enerjisi kəsilib.
BAKU.WS xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Bəzi mərkəzi küçələr və Kiyev metrosunun bir neçə stansiyası işıqsız qalıb. Rəsmi qurumlardan bu məsələ ilə bağlı hələlik açıqlama verilməyib.
Məlumata görə, Ukraynanın bir sıra regionlarında da elektrik enerjisində fasilələr davam edir.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin bir neçə gün öncə zərbələri nəticəsində Kiyevin sol sahilində və bəzi sağ sahil rayonlarında elektrik enerjisi dayandırılıb, bu isə nəqliyyatın iflic olmasına, su və rabitə kəsintilərinə səbəb olmuşdu.
Kyiv has plunged into total darkness. A wave of Russian strikes overloaded the power grid, causing a major failure at one of the city’s energy facilities. pic.twitter.com/NdkqMo1PbU
— KyivPost (@KyivPost) October 14, 2025


