Moskva metrosunda hərəkət DAYANDI
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Rusiyanın paytaxtdında metroda hərəkət dayandırılıb.
Milli.Az TASS-a istinadən xəbər verir ki, paytaxtın nəqliyyat departamenti və metropoliten rəhbərliyi insidentin texniki nasazlıq səbəbindən baş verdiyini açıqlayıb.
Moskva Metropoliteni rəisinin müavini Yuliya Temnikova bildirib ki, bəzi media kanallarında yayılan "qatarın relsdən çıxması" barədə xəbərlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, "Sokolniki" - "Park Kulturı" xətdində hərəkətin dayanmasına əsl səbəb qatarın üçüncü vaqonunda yaranmış texniki nasazlıqdır.
Qeyd olunub ki, həmin qatar istehsalçı şirkətin servis xidmətində olub.
Hadisə zamanı sərnişinlərin təhlükəsizliyinə heç bir təhdid yaranmayıb və xəsarət alan olmayıb. Metropoliten əməkdaşları sərnişinlərin qatardan təxliyə edilərək stansiyaya çatdırılmasına kömək ediblər. Hazırda mütəxəssislər hərəkətin bərpası istiqamətində işləri davam etdirirlər.
Sərnişinlərin daşınmasını təmin etmək məqsədilə "Çerkizovskaya" və "Komsomolskaya" stansiyaları arasında pulsuz "KM" avtobusları xəttə buraxılıb. Digər metro xətləri və yerüstü nəqliyyat vasitələri ştat rejimində fəaliyyət göstərir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 21 Aprel 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















