Kiyevdən Kremlə ittiham: Danışıqları qəsdən uzadırlar
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı danışıqları qəsdən uzatmağa çalışmaqda ittiham edib.
Ölkə.az xəbər verir ki, Zelenski bunu Cenevrədəki danışıqların ilk günü ilə bağlı Telegram paylaşımında yazıb: "Dünən həqiqətən çətin bir görüş idi və biz belə bir nəticəyə gələ bilərik ki, Rusiya artıq son mərhələyə çatmış ola biləcək danışıqları uzatmağa çalışır".
Zelenski Ukrayna nümayəndə heyətindən danışıqların nəticə etibarilə məhsuldar olmasını təmin etmək üçün mümkün olan hər şeyi etməyi xahiş edib.
Zelenski həmçinin Amerika nümayəndə heyətinə detallara diqqət yetirdiklərinə və hazırkı Rusiya nümayəndələri ilə söhbətlərdə səbr göstərdiklərinə görə təşəkkür edib.
Bu danışıqlarda Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edib.
17-18- fevralda Cenevrədə keçirilən danışıqlar mərhələsinin ilk günü danaışqılar 6 saat, ikinci gün isə 2 saat çəkib.
Mürtəza
Baxış sayı:123
Bu xəbər 18 Fevral 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















