Icma.az
close
up
RU
Kiyevdən qorxunc XƏBƏRDARLIQ “Növbəti Çernobıl faciəsi gözlənilir”

Kiyevdən qorxunc XƏBƏRDARLIQ “Növbəti Çernobıl faciəsi gözlənilir”

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiya uzun müddətdir nüvə məsələsini Ukraynaya qarşı şantaj elementi kimi istifadə edir. 2022-ci ildə rus qoşunları Kiyevə doğru irəliləyərkən Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirmişdilər. Çernobıl stansiyası rusların işğalı altında olduğu müddətdə orada davamlı olaraq provokasiyalar və qəza vəziyyətləri yaradırdılar və beləliklə faktiki olaraq Ukraynaya böyük çöküşlə bağlı təhdidlər edilirdi”. 
Bu fikirləri Bizim.Media-ya açıqlamasında ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib. 
Rusiya liderinin Zaporojye Atom Elektrik Stansiyasına hücum edəcəyi təhdidini şərh edən ekspert, bunun baş verəcəyi təqdirdə növbəti Çernobil faciəsinin qaçılmaz olacağını bildirib:
“Zaporojye Atom Elektrik Stansiyası ilə də vəziyyət oxşardır. Onlar Ukraynanı nizamlı olaraq nə ilə provokasiya edirlər? Məsələn, Zaporojye AES-ə atəş açılmasını təqlid edirlər, son dərəcə qeyri-adi davranırlar, müxtəlif provokasiyalar və yenə də qəza vəziyyətləri yaradırlar. Lakin demək olar ki, bütün bu qəza halları Rusiya tərəfindən nəzarətdə saxlanılır ki, hadisəni Çernobıl səviyyəsində fəlakətə gətirib çıxarmasınlar. 
Niyə? Çünki, məsələn, 2022-ci ildə Çernobıl AES-i nəzarət altında olduğu vaxt şimalda, Kiyev və Çerniqov vilayətlərində təxminən 40 minlik bir qruplaşma mövcud idi. Təsəvvür edin ki, Çernobıl AES partlasa, fəlakət baş versə, bu halda şimaldakı bütün rus işğalçı qoşunlarının qruplaşması döyüş qabiliyyətini itirərdi”. 
“Rusiya daha böyük zərər görəcək”
Kovalenko bildirib ki, Zaporojye AES-lə bağlı açıqlama tamamilə Ukrayna rəhbərliyinə, ukraynalılarda panika yaratmağa və Avropanı nüvə fəlakəti faktoru ilə qorxutmağa yönəlmiş şantajdır: 
“Amma məsələ bundadır ki, Zaporojye AES Cənubi Ukraynadadır, Zaporojye vilayətinin və Xersonun sol sahil hissəsinin müvəqqəti işğal edilmiş zonasıdır. Orada rusların “Dnepr” adlandırdıqları qrup qüvvələri cəmləşib. Bu hərbi qrup bu günə qədər ən sıxlaşmış qruplaşmalardan biridir. Onların sayı təxminən 125 min nəfərdir. 
Sual yaranır: Zaporojye AES-də nəsə baş verərsə, ilk növbədə kim zərər çəkəcək? Əlbəttə, radiasiya hamını əhatə edəcək. Amma bununla yanaşı, rusların cənub qruplaşması tamamilə döyüş qabiliyyətini itirəcək. Rus işğalçı qüvvələri üçün belə böyük sayda döyüş qabiliyyətli heyətin itirilməsi sadəcə miqyaslı bir fəlakət olardı”, - deyə A.Kovalenko əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Oktyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri