Icma.az
close
up
RU
Rusiya Ukraynanı daxildən parçalamağa çalışır Kiyevdən XƏBƏRDARLIQ

Rusiya Ukraynanı daxildən parçalamağa çalışır Kiyevdən XƏBƏRDARLIQ

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Ukraynanı daxildən qarışdırmaq üçün yeni cəhdlərə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Moskva daxildəki etirazları təsir alətinə çevirməyə çalışır.

Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml son günlər Kiyevdə keçirilən etiraz aksiyalarını diqqətlə izləyir. Bu aksiyalar Milli Antikorrupsiya Bürosu (NABU) və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu (XAP) ilə bağlı qanun layihəsinə qarşı yönəlib. Kəşfiyyat ehtimal edir ki, Rusiya bu etirazları ölkədə ictimai-siyasi vəziyyəti qarışdırmaq üçün istifadə edə bilər.

“Etirazların miqyasını artırmaq üçün Moskvanın təşkil etdiyi təxribatlar istisna edilmir”, – Baş kəşfiyyat idarəsinin açıqlamasında deyilir.

Qeyd edək ki, həftənin əvvəlində yüzlərlə insan Kiyev küçələrinə çıxaraq Prezident və parlamentin NABU və XAP üzərində nəzarətini gücləndirəcək qanun layihəsinə etiraz edib. Aksiya iştirakçıları hesab edir ki, bu qanun ölkənin Avropa İttifaqına inteqrasiya kursu çərçivəsində yaradılan əsas antikorrupsiya institutlarının müstəqilliyini təhlükə altına alır.

Etirazlar Ali Rada və Prezident Aparatının qarşısında keçirilib. Plakatlarda “NABU-dan əlinizi çəkin” və “Antikorrupsiya olmadan Avropa da yoxdur” kimi şüarlar yer alıb. Aksiya təşkilatçıları bildiriblər ki, tədbirlər dinc xarakter daşıyır. Bununla belə, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) mümkün təxribatlar və xarici müdaxilə barədə xəbərdarlıq edib.

Ukrayna kəşfiyyatının fikrincə, bu vəziyyət fonunda Rusiya Kiyevin korrupsiyaya qarşı mübarizəsini gözdən salmağa və Qərbin dəstəyini zəiflətməyə çalışır.

Qeyd edək ki, Avropa İttifaqı sözügedən qanun layihəsi ilə bağlı narahatlığını ifadə edib və Ukrayna hakimiyyətini antikorrupsiya qurumlarının müstəqilliyini qorumağa çağırıb. Vaşinqtondan da oxşar mövqe səsləndirilib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 İyul 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri