Kiyevə atılan Rusiya raketlərinin qəlpələri niyə həmişə bizim səfirliyi “tapır”? Bakıdan ŞƏRH
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Rusiyanın Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi hücumlarda bir başqa ölkənin səfirliyi Azərbaycan səfirliyi qədər ziyan görməyib”.
Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiyanın Ukraynanın paytaxtına son hücumu zamanı baş verənləri belə şərh edib:
“Məşhur deyim var: mərmi iki dəfə eyni yerə düşə bilməz. Ancaq nə “hikmətdirsə”, Rusiyanın Kiyevə raket zərbələri nəticəsində hər dəfə mərmilər Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşür. Bu, il ərzində ikinci oxşar hadisədir.
Rusiyanın ötən gecə Kiyevə endirdiyi raket zərbəsi nəticəsində “İskəndər” tipli raketin qəlpələri Azərbaycanın Ukraynadakı səfirliyinin binasına düşüb. Zərbə nəticəsində səfirliyin divarının bir hissəsi çöküb, pəncərələr sınıb, diplomatlarımızın maşınları zərər görüb.
Kiyevə ötən axşam edilən raket hücumları zamanı mülki insanlar həlak olublar.
2022-ci ildə də Azərbaycanın Kiyevdəki səfirliyi yaxınlığına iki dəfə raket düşmüşdü, nəticədə binanın divarlarında çatlar əmələ gəlmişdi. Səfirlik hər hücumdan sonra raket zərbələrinin nəticələrini aradan qaldırsa da, bu, uzun çəkmir və səfirlik ətrafına yenidən mərmi düşür. Kiyevdə bir başqa ölkənin səfirliyi Azərbaycan səfirliyi qədər ziyan görməyib. Bunu təsadüf saymaq olarmı?”./teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 14 Noyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















