Icma.az
close
up
RU
Kiyevə çoxkambinasiyalı hava hücumu edilib, ölənlər və xəsarət alanlar var

Kiyevə çoxkambinasiyalı hava hücumu edilib, ölənlər və xəsarət alanlar var

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kiyev, 6 iyun, AZƏRTAC

Iyunun 5-dən 6-a keçən gecə Rusiya Ukraynanın paytaxtı Kiyevə çoxkambinasiyalı hava hücumu edib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, şəhərə əvvəlcə “Şahed” tipli dronlarla hücum edilib, hava hücumundan müdafiə sistemi aktiv şəkildə işləməyə başlayıb. Sonra isə Ukrayna paytaxtına ballistik raketlərlə hücum olub.

Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində bildirib ki, Kiyevə hava hücumu nəticəsində azı 4 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.

Kiyev şəhər Hərbi Administrasiyasının məlumatına görə, hava hücumu nəticəsində paytaxtın 6 rayonunda fəsadlar qeydə alınıb. Zərərsizləşdirilən dron və raketlərin qalıqları çoxmərtəbəli binalarda, yanacaqdoldurma məntəqələrində, qeyri-yaşayış sahələrində və açıq ərazilərdə yanğınlara səbəb olub.

Ukraynanın daxili işlər naziri İqor Klimenko isə bildirib ki, Kiyevdə xilasetmə işləri zamanı Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin 3 əməkdaşı həlak olub, 9 nəfəri isə yaralanıb. Eyni zamanda, Ukraynanın Ternopıl vilayətinə hava hücumu zamanı Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin 5 əməkdaşı xəsarət alıb. Nazir bildirib ki, Ukraynaya hava hücumu zamanı ümumilikdə 40 nəfər xəsarət alıb.

Xatırladaq ki, ötən gecə və səhər saatlarında Kiyevdən başqa, Jitomir, Poltava, Çerniqov, Lutsk və Lvov vilayətinə də dron və raketlərlə hava hücumları edilib. Hava hücumları nəticəsində əsasən Ternopıl vilayətində dağıntılar qeydə alınıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyun 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri