Kiyevə kütləvi hava hücumu olub, ölənlər və xəsarət alanlar var
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kiyev, 28 sentyabr, AZƏRTAC
Rusiya ordusu sentyabrın 28-nə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava zərbələri endirib.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, ilkin olaraq Kiyevə zərbə dronları, ardınca müxtəlif tipli raketlər və yenidən zərbə dronları ilə hava hücumu edilib. Güclü partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemi aktiv işləməyə başlayıb.
7 saata yaxın davam edən hava hücumu zamanı Kiyev şəhərinin mülki, yaşayış infrastrukturuna ciddi ziyan dəyib. Kiyev şəhər Hərbi Administrasiyasının verdiyi məlumata görə, azı 20 yerdə dağıntı qeydə alınıb. O cümlədən, Kardiologiya İnstitutuna, yanacaqdoldurma məntəqəsinə və hündürmərtəbəli binaya ziyan dəyib.
Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, hava hücumu zamanı 4 mülki şəxs həlak olub, 13-ü yaralanıb. Həlak olanlardan biri uşaqdır. Dağıntılar altında insanların qaldığı istisna edilmir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 28 Sentyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















