Icma.az
close
up
RU
Kiyevə endirilən hücum həm texniki, həm də psixoloji mesaj daşıyır ŞƏRH

Kiyevə endirilən hücum həm texniki, həm də psixoloji mesaj daşıyır ŞƏRH

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İran-İsrail müharibəsi beynəlxalq diqqətin ciddi şəkildə Orta Şərqə yönəlməsinə səbəb olub. Bu isə Rusiya üçün strateji fürsət pəncərəsi yaradır. Dünən Kiyevə endirilən hücum həm texniki, həm də psixoloji mesaj daşıyır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov Rusiyanın Kiyevə hücum etməsini şərh edərkən bildirdi.

"Moskva Qərbin diqqətinin yayındığını hiss edir və bunu Ukraynada təzyiqləri artırmaq üçün istifadə edə bilər. Beləliklə, Rusiya istər hərbi, istər diplomatik sahədə üstünlük əldə etməyə çalışır. Ukrayna məsələsi də növbəti mərhələyə qədəm qoya bilər – daha sərt və daha lokal xarakterli. Qlobal güclərin resursları bölünməyə başlayır. ABŞ və Avropa İttifaqı iki cəbhədə aktivlik göstərmək məcburiyyətində qalacaq. Bu isə həm logistik, həm də siyasi yorğunluq yaradacaq. İran-İsrail münaqişəsinin uzanması Ukraynanın informasiya meydanında da ikinci plana düşməsinə səbəb olur. Rusiya bunun fərqindədir və zamanla bu informasiya vakuumunu öz təbliğatı ilə doldurmağa çalışacaq. Lakin bu, Ukraynanın beynəlxalq dəstəyini tam itirməsi demək deyil. Əsas məsələ odur ki, yeni cəbhələrin yaranması köhnə cəbhələrin daha amansız hala gəlməsinə səbəb olur. Dünya bir daha tək bir münaqişə ilə deyil, eyni anda bir neçə regional böhranla üz-üzə qalır. Geosiyasi təzyiq sahələri genişlənir, nəticələr isə daha kompleks olacaq", - deyə o vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 İyun 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri