Icma.az
close
up
RU
Kiyevi çətinə salan şərt: 11 il əvvəlki cəhdlər təkrarlanır KONKRET

Kiyevi çətinə salan şərt: 11 il əvvəlki cəhdlər təkrarlanır KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Ukrayna üzrə Avropa sammiti maraqlı anlarla yadda qaldı. Sammitin “Gələcək təhlükəsizliyimiz üçün” şüarı altında baş tutması isə xüsusi diqqət çəkdi.

Artıq Avropa ölkələrinin təhlükəsizliyin təminatı məsələsində ABŞ-a əvvəlki kimi güvənməyəcəyi, özlərinin müdafiəni təşkil etməyə çalışacaqları bildirilir. O baxımdan Avropa liderlərinin Londonda Ukraynaya dəstək açıqlamaları təqdir edilsə də, bunun Vaşinqtonla Kiyev arasında gərginliyi azaltmaq məqsədi ilə edildiyinə dair iddialar var.

KONKRET.az xəbər verir ki, bəzi ekspertlərin fikrincə, avropalılar ABŞ-ın Qərb yarımkürəsində “qarşılıqsız” yaratdığı sülh erası – “Paks Amerikana”nın sona çatdığını başa düşürlər və yeni reallıqlara hazırlaşırlar. Bu yeni təhlükəsizlik formatında Türkiyənin iştirak edəcəyi də qeyd olunur

Sözügedən sammit Ukrayna üçün hansı nəticələrə səbəb olacaq? Avropa ölkələrinin birliyi Rusiya ilə ABŞ arasında yaxınlaşmanın qarşısını ala bilərmi?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Londonda baş tutan görüş ilk baxışdan Ukraynaya dəstəyin artırılması kimi görünsə də, əslində belə deyil:

“Artıq illərdir bu kimi sammitlər keçirilir, lakin onun Kiyevə heç bir faydası olmur. 10 ildir Avropanın ABŞ-ın təsirindən çıxıb öz təhlükəsizliyinə fokuslanmasına dair çağırışlar edilir, görüşlər təşkil olunur, amma heç bir faydası yoxdur.

Bu gün bir tərəfdən Rusiya-Ukrayna müharibəsi genişlənir, digər yandan isə ABŞ müharibə xərclərini azaldır. Belə olan halda Avropa üçün “bıçaq sümüyə dayandı” demək olar. Yəni artıq çıxılmaz vəziyyətdədirlər”.


Elxan Şahinoğlu

Politoloq bildirib ki, Avropa artıq hərbi xərclərini artırmalıdır:

“Yəni ABŞ olmadan özü özünün təhlükəsizliyini qorumalıdır. Bunu edib-etməyəcəyini zaman göstərəcək. 11 il öncə Krım ilhaq ediləndə belə cəhdlər oldu, amma yarımçıq qaldı.

O ki qaldı Avropanın Ukraynaya sülhməramlı göndərməsinə, hələlik bu da real görünmür. Çünki başda Fransa olmaqla region ölkələri rəsmi Kiyevə elə şərt irəli sürürlər ki, bunun icrası qeyri-mümkündür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Mart 2025 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri