Icma.az
close
up
RU
Kiyevin seçki problemi: Zelenski istefa verəcək?

Kiyevin seçki problemi: Zelenski istefa verəcək?

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Svetlana Jurova qeyd edib ki, Ukraynada keçiriləcək prezident seçkiləri Moskva və Kiyev arasında danışıqların bərpası üçün mühüm addımdır: “Bunlar Ukraynada təkrar seçkilərdir. Bir seçim kimi. Çünki düzünü desək, ümumiyyətlə, başqa bir variantın olub-olmayacağı bəlli deyil. Ehtimallardan biri budur ki, Zelenski vəzifəsindən istefa verəcək. Rusiya ordusunun uğurları da Ukraynanı danışıqlara başlamağa sövq edə bilər”.
Bəs Zelenski istefa verərsə, bu, Rusiya ilə danışıqların başlanması ehtimalını artıra bilər?
“Xalq Cəbhəsi” sual ətrafında politoloqların fikirlərini öyrənib.

Kremlin formalaşdırmağa çalışdığı siyasi gündəm

Politoloq Yusif Bağırzadə qeyd edib ki, rusiyalı deputatın səsləndirdiyi fikirlər Moskvanın siyasi mövqeyini ifadə edir və onları Ukraynada baş verə biləcək proseslərin qəti proqnozu kimi qiymətləndirmək düzgün olmazdı: “Məlumdur ki, Rusiya uzun müddətdir ki, Ukrayna rəhbərliyinin legitimliyi məsələsini gündəmə gətirir və bunu mümkün danışıqlar prosesində siyasi arqument kimi istifadə etməyə çalışır. Buna görə də Zelenskinin istefası ilə bağlı səsləndirilən fikirlər daha çox Kremlin formalaşdırmağa çalışdığı siyasi gündəmin tərkib hissəsi kimi görünür. Prosesə hətta nəzəri baxımdan yanaşsaq belə prezident dəyişikliyinin hansısa diplomatik imkanlar yarada biləcəyini demək çətindir. Mən düşünmürəm ki, Ukraynada hər hansı yeni hakimiyyət danışıqlara fərqli yanaşma nümayiş etdirsin və Ukraynanın ərazi bütövlüyünün əleyhinə hansısa kompramislərə getsin”.

“Məsələ bir şəxslə məhdudlaşmır”

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Ukrayna nümunəsində məsələ yalnız bir şəxslə məhdudlaşmır: “Son illərdə Ukraynada Rusiya ilə münasibətlərə dair formalaşmış siyasi konsensus kifayət qədər genişdir və ölkənin əsas dövlət institutları, parlamenti, təhlükəsizlik strukturları və cəmiyyətin böyük hissəsi və hətta Zelenskinin müxalifəti belə Rusiyanın irəli sürdüyü şərtlərə ehtiyatla yanaşır. Bu səbəbdən təkcə prezidentin dəyişməsi avtomatik olaraq danışıqların başlanacağı və ya sülh sazişinin yaxınlaşacağı anlamına gəlməməlidir”.

“Tərəflərin mövqeləri arasında ciddi fərqlər var”

Y.Bağırzadə əlavə edib ki, əksinə, Ukraynada keçiriləcək istənilən seçkinin nəticəsi ilk növbədə müharibənin gedişindən, təhlükəsizlik vəziyyətindən və ictimai rəyin hansı istiqamətdə dəyişəcəyindən asılı olacaq: “Əgər yeni seçilən lider də ölkənin ərazi bütövlüyü və suverenliyi ilə bağlı indiki mövqeyi davam etdirsə, Moskva ilə danışıqlarda əsas fikir ayrılıqları yenə də qalacaq. Çünki tərəflər arasında mübahisə liderlər arasında fikir ayrılığı deyil. Problemin əsasında işğal olunmuş ərazilərin statusu, təhlükəsizlik təminatları, NATO perspektivi və müharibənin hüquqi nəticələri kimi fundamental məsələlər dayanır. Rusiyanın hərbi uğurlarının Ukraynanı danışıqlara məcbur edə biləcəyi barədə iddialar da siyasi xarakter daşıyır. Belə ki, hərbi vəziyyət diplomatik proseslərə təsir etsə də, təkbaşına sülh üçün kifayət etmir. Danışıqların başlanması üçün hər iki tərəfin müəyyən kompromisə hazır olması, beynəlxalq vasitəçilərin fəallığı və təhlükəsizlik zəmanətlərinə dair qarşılıqlı qəbul edilə bilən mexanizmlərin formalaşması vacibdir. Hazırda isə bu məsələlər üzrə tərəflərin mövqeləri arasında ciddi fərqlər qalmaqdadır”.

“Lider dəyişikliyi baş versə də mürəkkəb məsələlər açıq qalacaq”

Politoloq eləcə də söyləyib ki, Qərb dövlətlərinin Ukraynaya siyasi, maliyyə və hərbi dəstəyi də proseslərin istiqamətinə təsir edən əsas amillərdəndir: “Kiyev yalnız daxili siyasi dəyişiklikləri deyil, həm də beynəlxalq tərəfdaşlarının mövqeyini nəzərə almağa məcburdur. Eyni zamanda, Rusiya da danışıqlarda əldə etmək istədiyi strateji hədəflərdən tam imtina etdiyini nümayiş etdirmir. Bu isə lider dəyişikliyi baş versə belə, mürəkkəb məsələlərin açıq qalacağını göstərir”.

“Siyasi çaxnaşma yarana bilər”

Siyasi şərhçi Zeynal Əmrəliyev söyləyib ki, Rusiya tərəfi Zelenskinin vəzifədən istefa verməsini arzulayır: “Ancaq burada bir məsələ var ki, Ukrayna hazırda müharibə vəziyyətinə davam edir və belə görünür ki, Zelenski istefa verməyə çox da ehtiyac görmür. Hazırkı variantda sadəcə hökumətin dəyişdirilməsi məsələləri geniş şəkildə müzakirə olunur. Demək olar ki, hər il baş nazir və nazirlər dəyişdirilir. Lakin ümumilikdə prezidentin istefa verməsi Ukraynada müəyyən dərəcədə çaşqınlıq yaradar və hakimiyyət böhranına gətirib çıxara bilər. Yəni ölkədə siyasi çaxnaşma yarana bilər. Buna görə də mərkəzi hakimiyyət maksimum şəkildə çalışır ki, öz gücünü qoruyub saxlaya bilsin. İnanmıram ki, Zelenski istefa versin və Ukraynada yeni seçkilər keçirilsin. Çünki Ukraynada seçkinin keçirilməsi üçün mühit yoxdur”.

“Zelenskinin istefa verəcəyini güman etmirəm”

Z.Əmrəliyevin sözlərinə görə, müharibənin aktiv fazası davam edir, Ukrayna şəhərləri günbəgün Rusiya tərəfindən bombalanır və Ukraynada təhlükəsiz bir şəraitdə seçkinin keçirilməsi mümkün deyil: “Ölkə əhalisinin yarısından çoxu qaçqın vəziyyətinə düşüb. Hətta ölkənin xaricinə gediblər və seçki məntəqələrinin qurulması mümkün deyil. Yəni demək olar ki, Ukraynada salamat şəhər qalmayıb. Belə bir vəziyyətdə hökumət yalnız Kiyev və onun ətrafında müəyyən dərəcədə seçki keçirə bilər. Ancaq belə bir anda hansısa bir formada seçkinin keçirilməsi çox da inandırıcı görünmür. Buna görə mən Prezident Zelenskinin istefa verəcəyini güman etmirəm. Rusiya tərəfindən müəyyən açıqlamalar verilir, xüsusilə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbərliyi tez-tez bu məsələlərə münasibət bildirir və indiki Ukrayna hakimiyyətini qeyri-legitim göstərməyə çalışırlar. Həmçinin Ukraynada yeni hakimiyyətin qurulmasına və özlərinə sadiq, özləri ilə dil tapa biləcək insanların hakimiyyətə gəlməsinə çalışırlar. Lakin indiki şəraitdə nə qədər ki müharibənin aktiv fazası davam edir, mən heç bir halda seçkinin keçiriləcəyinə inanmıram”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 İyul 2026 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see319

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see285

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see265

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see265

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see253

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see243

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see223

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see221

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see218

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see207

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see203

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see202

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see201

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see198

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see194

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see194

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see189

Həddindən artıq acı yemək mədə xərçəngi riskini artıra bilər Həkim xəbərdarlıq etdi

04 Sentyabr 2026 23:45see177

Yaxın Şərqdə köhnə status kvoya qayıtmaq mümkün deyil

05 Sentyabr 2026 00:56see169

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri