Zelenski Kiyevin təhlükəsizliyini bu AZƏRBAYCANLIYA TAPŞIRDI FOTO
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev Şəhər Hərbi Administrasiyasının (KŞHA) rəhbərliyində kadr dəyişikliyi edib.
Publika.az xəbər verir ki, bu, Prezident Aparatının saytında dərc olunan sənədlərdə əks olunub.
Zelenski bir fərmanla Sergey Popkonu KŞHA rəhbəri vəzifəsindən azad edib. O, bu vəzifəyə Teymur Firudin oğlu Tkaçenkonu (Məmmədov) təyin edib.
Tkaçenko dekabrın 31-də sentyabr ayından tutduğu Ukraynanın İcma və Ərazilərin İnkişafı nazirinin müavini vəzifəsindən azad edilib. Əvvəllər o, həm də Kiyev Şəhər Dövlət Administrasiyasının şəhərsalma şöbəsinin müdir müavini və Ukrpoştanın müşahidə şurasının üzvü olub.
Qeyd olunub ki, Kiyev Şəhər Hərbi Administrasiyası şəhərin təhlükəsizliyinin və müharibə şəraitində işləməsinin təmin edilməsində əsas rol oynayır.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 01 Yanvar 2025 02:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















