Icma.az
close
up
RU
Klarnet ifaçılığının Şəmsi zirvəsi

Klarnet ifaçılığının Şəmsi zirvəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrdə ustad klarnet ifaçısı, ifaçılıq sənətində öz dəst-xəttini yaratmış Vaqif Mirzəyevin bir söhbəti rastıma çıxdı. Şəmsi İmanovdan danışırdı. O Şəmsi İmanovdan ki, öz ifaları ilə yaddaşlarda silinməz iz qoyub. Vaqif Mirzəyev deyir ki, Şəmsi İmanov nadir klarnet ifaçısı olub. Belə sənətkarlar az-az yetişir.

Xəyal məni uşaqlıq illərinə aparıb çıxardı. Bakı kəndlərində mağar toyları olardı, bu toylar sübh açılana qədər çəkərdi. O toyların səsi-sədası uzun müddət qulaqlardan çəkilməz, yaddaşlardan silinməzdi. Şəmsi İmanov o məclislərin yaraşığı idi, onun klarnetinin səsi yeri-göyü lərzəyə gətirərdi. Klarnet sanki bülbül kimi cəh-cəh vururdu. Nağılçılar sözü, ruzigarın gözü belə sədalar eşitməmişdi.

Şəmsi klarnetin dərvişi idi. Bu alət, onun üçün səmaya bir nərdivan idi. Barmaqlarıyla qalxırdı o nərdivanı. O, klarnetin Səttar Bəhlulzadəsi idi...

Bir gün barmaqları ondan üz döndərdi. O, daha klarnetə nəfəs verə bilmədi. Əziz dostundan – klarnetdən ayrı düşmək onu damla-damla əridirdi. Bu məhrumiyyət rahatlığını əlindən alır, həyatı onun gözündə cəhənnəm əzabına çevirirdi. Vaxt gələcəkdi, bu amansız hökmlə barışacaq, taleyə verdiyi bütün sualların ağzını birdəfəlik möhürləyəcəkdi... O, diri ikən özünü klarnetin səsində dəfn etmişdi...

Atamı ilk və son dəfə Şəmsinin “Vağzalı”sına qulaq asanda ağlayan görmüşəm. “Klarneti bir də heç kim bu cür dilləndirə bilməyəcək”. Atamın dilindən qopan bu təəssüf nidası hələ də qulaqlarımdan çəkilməyib. Atam bu səsi qucaqlayıb ağlayırdı. Çox sonralar bildim ki, kişi həmin gün Şəmsi İmanovun ölüm xəbərini alıbmış. Bu məşum xəbəri ona əvəzolunmaz nağara ifaçısı Gülağa Quliyev çatdırmışdı. O üzüntülü yay gecəsi atam maqnitofonun düyməsini dəfələrlə geri fırladıb o möcüzəli avazları dinlədi. Klarnet, doğrudan da, bülbül kimi cəh-cəh vururdu. Sanki külək də bu səsdən məst olub çöldə qıvrıla-qıvrıla qalmışdı. O gün uşaq yaddaşımda belə qalıb.

Atam Bakı toylarında Şəmsinin ifasını çox dinləmişdi, onunla yaxın ünsiyyəti vardı. Əmim Məzahirin toyunu o, idarə etmişdi. Həmin toy Şəmsinin misilsiz ifaları ilə yadda qalmışdı. “Sən bir görəydin Şəmsi o toyda nə oyunlar çıxarırdı. Klarnet yerlə-göylə əlləşirdi”. Bu heyranlıq dolu sözlər də atamın xatirə mücrüsündən səslənmişdi.

Ömrünün son illərində Şəmsi İmanovun barmaqları yoruldu, o ağırlığa, o ağrılara tab gətirmədi. Amma uzun illər möcüzələr yaratdı o barmaqlar... İndi mən o havaları dinlədikcə, sehrkar barmaqların açıldığını, yenə də möcüzələr yaratmaqda davam etdiyini görürəm. O, Şəms kimi musiqinin üfüqlərində yenidən doğulur... Barmaqlarından süzülən ecazkar havalar həmişə olduğu kimi, qəlbləri isidir, ehtizaza gətirir...

Kənan HACI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Aprel 2026 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri