Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Azərbaycanın ilk xanım klarnet ifaçısı…

Azərbaycanın ilk xanım klarnet ifaçısı…

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Klarnetdən başqa- nağara, kamança, tar, qarmon, saz və eləcə də bir sıra musiqi alətlərini dilləndirə bilən qadınları çox görmüşük. Onların arasında məşhurları da var, sadəcə el şənliklərinə gedənləri də. Bu dəfə sizə aprelin 19-u ad günü olan, ilk azərbaycanlı xanım klarnet ifaçısı- Nərgiz Eminzadə haqqında söhbət açmaq istəyirəm...
Deyir ki:- “Əvvəllər klassik musiqi ilə məşğul olurdum deyə heç vaxt toylara gedəcəyim barədə düşünmürdüm. Amma elə oldu ki, 20 yaşımdan toylara getməyə başladım. İnsanlar məni tanıdıqca gördüm ki, tələbat artır. Mən də gələn təklifləri dəyərləndirib həm solo, həm də ansamblımla toylara gedəsi oldum. Toylarda klarnet ifa edən qadın heç vaxt olmayıb. Və mən bu işdə ilk xanım oldum. Toylarda artıq mənə alışıblar, heç kim qeyri-adi baxışlarla baxmır. Həm oğlan toylarına gedirəm, həm də qız toylarına. Çox böyük hörmətlə qarşılayıb, yola salırlar...”
O, 1997-ci ildə Bakıda dünyaya gəlib. Əslən Qarabağlıdır. Atası musiqiçi olmasa da, anası Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim işləyir. Özündən başqa iki qardaşı da var...
“Bəzən xanımlar cəmiyyətdə fərqlənsinlər deyə qadınlar üçün hansısa qeyri-ənənəvi sənəti seçirlər. Düşünürlər ki, filankəs etdi, mən niyə etməyim?! Amma bu doğru seçim deyil. İnsanın həvəsi, istəyi olmasa o sənətlə necə məşğul ola bilər?! Söhbət əlbəttə ki, qadınlar arasındakı rəqabətdən gedir. Kişilərdən çox qadınlar mənə paxıllıq edirlər. Bəzən toylara düşürük. Həm oğlan toylarında, həm də qız toylarında səs aparatı var. Hansı ki, musiqiçi ifa edəndə onu artırmaq lazımdır ki, ifa edənə güc düşməsin. Qız toylarında bununla bağlı tez-tez problem yaşayıram, amma oğlan toylarında heç vaxt səs aparatı ilə əlaqədar çətinliyim olmayıb. Əksinə, həmişə kişilərdən böyük dəstək görmüşəm. Amma qız toylarında səs aparatından bilərəkdən səsi alırlar ki, əziyyət çəkim. Klarnet solo musiqi alətidir. Xüsusilə ona səs aparatı, səs gücləndirici lazımdır ki, səsi yüksək olsun”- söyləyir.
Nərgiz xanım 2004-2008-ci illərdə 157 saylı orta məktəbdə oxuya-oxuya, eyni zamanda Binəqədi rayonundakı 26 saylı musiqi məktəbinin piano sinfinə də gedib. Oranı bitirdikdən sonra, 2008-2015-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində “klarnet” ixtisası üzrə təhsil alıb. Daha sonra dörd il də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ali təhsilə yiyələnərək, oranı “klarnet” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub...
Deyir ki:- “Anamın arzusu idi ki, mən musiqiçi olum. Amma məni pianoçu kimi görmək istəyirdi. Təhsilimi piano üzrə başlasam da sonradan bu yolu davam etdirmədim. Çünki xarici orkestrlərdə, kollektivlərdə xanım nəfəs alətləri ifaçılarını görürdüm. Marağım oyandı, həvəsimi artırdım və klarnet ifa etməyə başladım. 10 ildən çoxdur ki, bu alətdə ifa edirəm. Bülbül adına Orta İxtisas Musiqi məktəbinin, daha sonra isə Bakı Musiqi Akademiyasının məzunu olmuşam. Akademiyada oxuyanda xalq artistləri Teymur Göyçayev, Fərhad Bədəlbəyli mənə çox dəstək olublar. Mənim üçün nəfəs alətlərində kişi, yaxud da qadın cinsi yoxdur. Əsas odur ki, düzgün nəfəs alasan...”
Qorxmaz, cəsarətli, coşqulu xanımdır. Xarizmatik, enerjili və dinamikdir. Anadangəlmə liderlik qabiliyyəti var. Həmişə birinci yerdə olmağı xoşlayır. Və hər işi öz qaydasında etdiyindən istədiyinə nail olmağı bacarır. İddialı təbiətə malıkdir, tez-tez yerinə yetirə biləcəyindən də çox işlərə girişir. Çətinliklər onu ruhdan salmır, əksinə, həvəsləndirir. Optimistdir, bütün gücü və əzmi ilə hər hansı bir məqsəd uğrunda mübarizə aparmağa həmişə hazırdır. Sonsuz nikbin adamdır, həmişə irəli baxır. Uşaq kimi ürəyiaçıq, səmimidir. Elə bu xarakterinə görə də həyatda istədiyi şeylərdə israrlıdır...
El şənlikləri- toylar onun üçün dolanışıq yeridir, amma mütamadi olaraq müxtəlif dövlət tədbirlərində, eləcə də xarici ölkələrdə çıxışlar edir.
Ona işlərində yeni-yeni nailiyyətlər arzulayıb söhbətimi burada yekunlaşdırmaq istəyirəm.
...Bəli, aprelin 19-u Azərbaycanın ilk xanım klarnet ifaçısı Nərgiz Eminzadənin növbəti ad günüdür...

Elman Eldaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Aprel 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri