“Klassikdən müasirliyə” adlı konsert proqramı keçirilib (Foto)
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə "Klassikdən müasirliyə" adlı konsert proqramı keçirilib.
Tədbirin aparıcısı və bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Alyona İnyakina ifa olunan əsərlərin maraqlı yaranma tarixindən və onların bəstələndiyi dövrün xüsusiyyətlərindən söz açıb.
Konsert proqramında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, Azərbaycan Dövlət Xor Kapellasının artisti Elyar Əliyev, BMA-nın baş müəllimi Nərminə Hacızadə, Nərgiz Məmmədova, həmçinin BMA-nın tələbələri - Əli Vəliyev (dosent Gülnarə Mirzəyevanın sinfi), Nəzrin Məmmədli, Zeynəbxanım Hüseynzadə, Mahmud Rəştiyev və Fatimə Məmmədova (baş müəllim Sevda Yolçuyevanın sinfi), Fatimə Axundova, Şamistan Əliyev və Amin Heydərov (baş müəllim Nərminə Hacızadənin sinfi) çıxış ediblər.
Konsertdə müxtəlif tarixi dövrləri əhatə edən bəstəkarların - Lüdviq van Bethoven, Robert Şuman, Yohannes Brams, Kamil Sen-Sans, Sezar Küi, Nikolay Rimski-Korsakov, Jül Massenet, Fransis Pulenk, Sergey Prokofyev, Qara Qarayev, Jül Muke, Françesko Paolo Tosti, Vinçenso di Kyar və Vladimir Vavilovun solo, ansambl, kamera-vokal və kamera-instrumental əsərləri tamaşaçılara təqdim olunub.
Tədbir tamaşaçıların böyük marağı və gur alqışları ilə müşayiət olunub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 29 İyun 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















