Icma.az
close
up
RU
Heydər Əliyev Sarayında Oyanış adlı konsert proqramı keçirilib VİDEO FOTO

Heydər Əliyev Sarayında Oyanış adlı konsert proqramı keçirilib VİDEO FOTO

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına (COP29) ev sahibliyi edir. Bu qlobal tədbir çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə qonaqların asudə vaxtını səmərəli keçirmələri üçün müxtəlif bədii proqramlar - konsertlər, sərgilər və təqdimatlar təşkil olunur. Noyabrın 13-də isə Heydər Əliyev Sarayında "Oyanış" adlı konsert proqramı təqdim edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi konserti, COP29-la bağlı Bakıya gələn bir çox ölkənin dövlət və hökumət başçıları, rəsmilər və iqlim mütəxəssisləri izləyiblər.

"Oyanış" konserti, insanın təbiətlə vəhdətini bərpa etməsi və bəşər varlığını həyat üçün zəruri olan ilkin elementlərə diqqətlə nəzər salmağa təşviq edən müqəddəs bir ayin kimi nəzərdə tutulub. Bu tamaşa, suyu həyatla, havanı zəkanın gücü ilə, torpağı şüurlu varlıqla, atəşi isə sivilizasiyanın işığı ilə birləşdirən bir oyanışdır. Bu tamaşa, həmçinin bəşəriyyətin keçmişdən bu günə səyahət etdiyi bir mərhələni əks etdirir və təbiətə aid sənət əsərlərinin hər bir elementin tərkibində olduğunu vurğulayır.

Konsertin dirijoru, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rejissoru və ssenaristi isə Françesko Bondi olub.

COP29 sessiyası, həmçinin Azərbaycanın zəngin tarixi və mədəni irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Sessiya noyabrın 22-dək davam edəcək və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bir sıra mədəni tədbirlər və təqdimatlar keçiriləcək.

Noyabrın 15-də mədəniyyətə əsaslanan iqlim fəaliyyətinə həsr olunan Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək, burada rəsmilər, ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək. Noyabrın 16-da isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində "İqlim üçün Mədəniyyət" təşəbbüsünə həsr olunan sessiya və təqdimat təşkil ediləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Noyabr 2024 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri