Klaudinyo Rusiyanı tərk etdiyinə görə vətəndaşlıqdan məhrum oluna bilər
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Zenit”in keçmiş futbolçusu Klaudinyo Rusiya vətəndaşlığından məhrum edilə bilər.
İdman.biz xəbər verir ki, buna səbəb onun "SVO" (xüsusi hərbi əməliyyat) ilə bağlı açıqlamasında Rusiyanı tərk etməyə qərar verməsi olub.
Bu barədə “Abzats” nəşrinə Rusiya Dövlət Dumasının Fiziki tərbiyə və idman komitəsinin sədr müavini Dmitri Svişev məlumat verib: “Əgər faktlar təsdiqlənərsə, mən onun açıqlamalarının yoxlanılması və mümkün vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı sorğu hazırlayacağam”.
Klaudinyo yanvarda “Zenit”dən Qətərin “Əl-Sədd” klubuna keçib.
Qeyd edək ki, 2024/25 mövsümündə Klaudinyo “Zenit”də 19 oyunda çıxış edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçu 2021-ci ildən bu klubda çıxış edir və bu müddət ərzində komanda ilə üç dəfə Rusiya Premyer Liqasının, üç dəfə Superkubokun və bir dəfə Rusiya kubokunun qalibi olub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 23 Avqust 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















