Klaus Ştrunts: Hərbi eskalasiyalar zamanı feyk xəbərlərə uymamaq xüsusilə vacibdir
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hərbi eskalasiyalar zamanı yoxlanılmış məlumat mənbələrinə etibar etmək və süni intellekt vasitəsilə yaradılmış feyk xəbərlərə uymamaq xüsusilə vacibdir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a “Euronews“ telekanalının baş direktoru Klaus Ştrunts bildirib.
"Hərbi şəraitdə hər iki tərəfdən gələn məlumatlarla işləmək son dərəcə çətindir. Çünki belə vəziyyətdə kommunikasiya silaha çevrilir və bütün saytlar bundan istifadə edir. Jurnalistlər olaraq bizim vəzifəmiz təkcə həqiqəti çatdırmaq deyil, həm də reallığı göstərməkdir", - o qeyd edib.
K.Ştruntsun sözlərinə görə, belə dövrlərdə jurnalistlər üçün problemin, münaqişənin bütün tərəfləri ilə maraqlanmaq xüsusilə vacibdir.
"Bütün arqumentlər və mövqelər toplanıb sistemə yükləndikdə, süni intellekt onları emal edib nəticə verə bilər. Lakin biz bu yolun yalnız başlanğıcındayıq. Əminəm ki, insan resursu hələ də istənilən maşından daha vacibdir", - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 21 İyul 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















