Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Klaus hoqqabazlığı ARAŞDIRMA

Klaus hoqqabazlığı ARAŞDIRMA

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

AFFA iyunda Edmund Klausu texniki direktor vəzifəsinə təyin etdi ki, ölkə futbolu üçün yeni sistem formalaşdırsın. O da elə bir qərar verib, aləm dəyib bir-birinə.

Deməli, Klausun ideyasına görə, bundan sonra U-14 liqası 11×11 sistemiylə yox, 9×9 formatında keçirilməlidir. Meydança ölçüləri də qeyd edilən standartlardan qismən kiçik olmalıdır.

Düzdür, hələ qərar halına salınmayıb, ancaq demək olar, bütün iştirakçı klublar bu təklifə etiraz edir.

Avropanın bəzi ölkələrində hətta 11 yaşdan (U 12 liqası) 11×11 tətbiq olunsa da, Azərbaycanda bu sistemə son illərdə, 13 yaşdan etibarən keçilməyə başlanmışdı. İndi də belə…

Klaus niyə belə istəyir? O nəyə əsaslanır?

“Futbolpress.az” araşdırma apardı və niderlandlının istinad etdiyi formatın əsasını tapdı.

Ötən mövsümdən Niderland Kral Futbol Assosiasiyası (KNVB) U13 liqasında 11×11-i 9×9-la əvəzləyib. Lakin bu, pilot layihədir. Layihəyə əsasən,

– meydança ölçüləri kiçilir
– ⁠əvəzetmə (7) üçün oyun dayanmır
– ⁠aut xəttin üzərindən, yerlə başlanır

Ümumiyyətlə, gəlin Niderlandda aşağı yaş liqalarında tətbiq olunan formata cədvəldə nəzər yetirək:

Yaş qrupu Oyun formatı Meydança U7  4×4  1/8 meydança U8 6×6 1/4 meydança U9 6×6 1/4 meydança U10 6×6 1/4 meydança U11 8×8 1/4 meydança U12 8×8 1/4 meydança U13 11×11 tam meydança U14 11×11 tam meydança U15 11×11 tam meydança U16 11×11 tam meydança U17 11×11 tam meydança

KNVB ötən mövsümün yekunlarını təhlil edib və qərara gəlib ki, yeni format oyun sürətinə, topun meydanda/oyunda qalma faktoruna müsbət təsir göstərib. Bu səbəbdən pilot layihəni bu il də tətbiq etmək niyyətindədirlər.

Vacib qeyd:

Bu format Niderland U13 liqasında tətbiq olunur. Lakin əsas liqada yox!

Klausun vətənində təkcə U13 üzrə 6 liqa var. Onlardan 5-də 11×11, yəni klassik format tətbiq olunur. Yalnız sonuncu, səviyyəsinə görə ən zəif olan 6-cı liqada bu eksperimenti aparırlar.

Və Azərbaycanda uşaq/gənclər futbolunu abıra salmaq üçün dəvət edilən Edmund Klaus Niderland U13 liqasının 6-cı divizionunda tətbiq olunan pilot layihəni Azərbaycan U14 (!) liqasında tətbiq etmək istəyir.

Vur-tur bircə divizionu olan U14 liqasında eksperiment aparmaq istəyi nəyə xidmət edə bilər? İnkişafa yox, bu dəqiqdir.

Qeyri-rəsmi məlumata görə, niderlandlı mütəxəssis Azərbaycanda israrla tətbiq etmək istədiyi bu formatı, “uşaqlar çatdırmır” arqumenti ilə əsaslandırıb. Müzakirələr davam edir, yəqin AFFA və müstəqil ekspertlər Klaus müəllimə avantüraya uyduğunu anlada bilərlər.

13-14 yaşında tam standartlarda olan meydançada, 11×11-ə oynamayan uşaq 15 yaşda birdən-birə bunu bacara bilməz.

Bəs Avropa praktikasında necədir?

İslandiya istisna olmaqla (13 yaş) əksər şimal ölkələri 11×11 formatına 14 yaşda keçid edir. Danimarkada isə bu, elastikdir, tam keçid hətta 15 yaşdan olur.

Ümumiyyətlə, Avropada sözügedən formatı ən erkən yaşda tətbiq edən ölkələr İspaniya, Almaniya, Portuqaliya, Belçikadır (13-14 yaş). Maraqlıdır ki, qitədə bu formatı ən erkən tətbiq edən ölkələrdən biri İngiltərə (12-13) olsa da, bu ildən artıq 11×11-ə 14 yaşdan başlayacaq. Fransa da həmçinin (13) formatı 14 yaşa endirib. Niderlandın da U13 liqasında pilot layihə tətbiq etməsi yeni tendensiyaya qoşulmaq niyyətindən qaynaqlana bilər.

Qərbi və şimalı Avropa ölkələrinin bu islahatı tətbiq etməsinin nəyə əsaslandığını bildirmək üçün kifayət qədər əsasımız yoxdur, lakin Balkan və Şərqi Avropa ölkələrində ən geci 14 yaşdan 11×11 tətbiq olunur.

Klausun bu ideyası inkişaf etmiş Avropa ölkələrindəkinə əsaslansa da, məzmun arasında ciddi fərqlərin olduğu aşkar görünür.

Azərbaycanın heç bir uşaq liqasında birdən artıq divizion olmadığı halda, 13 yaşlı uşaqların 9×9 formatına, geri qaytarılması məntiqli, faydalı görünmür.

Funksioner karyerasında demək olar ki, hər iş görmüş (baş məşqçi, qapıçı məşqçisi, koordinator) “Ayaks”da 23 illik məşqçi və idarəçi təcrübəsi olan Klaus ilk qərarı, daha dəqiq, hoqqabazlığı ilə mənfi rezonans yaratdı. Yəqin texniki direktorun qərar verməkdə mütləq səlahiyyəti yoxdur, kollegial müzakirələr yanlışı düzəldər. Bu da AFFA-nın onunla bağladığı müqavilədə məsələlərin necə tənzimləndiyindən asılıdır. Ən azı, pozitivə güman edək…

Elçin Cəlilov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Avqust 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see627

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see601

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see597

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see452

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see411

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see381

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see342

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see323

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see312

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see301

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri