Icma.az
close
up
RU
Klinik psixoloq: Hər birimiz fenomenal yaddaşa sahib ola bilərik

Klinik psixoloq: Hər birimiz fenomenal yaddaşa sahib ola bilərik

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Fenomenal yaddaşa malik az insan var. Maraqlıdır, fenomenal yaddaş deyəndə nələr nəzərdə tutulur? Mütəxəssis, klinik psixoloq Mirşahin Əlizadə bu mövzuda maraqlı fikirlər səsləndirib.

Müsahibəni oxuculara təqdim edirik:

– Fenomenal yaddaş nədir? Bu anlayışı özümüzdə gündəlik həyatda necə tətbiq edə bilərikr?

- Fenomenal yaddaş təsəvvür edə bilməyəcəyimiz dərəcədə güclü yaddaşdır. Bəzən buna möcüzəvi yaddaş da deyilir. Əslində hər bir insan düşündüyündən daha çox informasiyanı yadda saxlaya bilir. Bu bacarıq işdə, dərslərdə və gündəlik həyatda daim faydalıdır. Yaddaş texnikaları vasitəsilə isə istənilən bilgini uzunmüddətli saxlamaq mümkündür.

– İnsan doğulanda dünyaya fenomenal yaddaşla gəlir, yoxsa bu bacarığı sonradan inkişaf etdirmək mümkündür?

- İnsan bütün bacarıqlarını potensial kimi doğulduğu andan daşıyır. Sadəcə onları inkişaf etdirmək lazımdır. Hər birimiz yaddaşımızı gücləndirə və müəyyən mənada fenomenal yaddaşa sahib ola bilərik.

– Effektiv öyrənmə üçün ən çox hansı yaddaş texnikaları işləyir?

- Ən çox effekt verən “fotoqrafik yaddaş texnikaları”dır. Yəni öyrəndiyimiz məlumatı görmə, eşitmə, iybilmə kimi duyğularla birləşdirərək zehində vizual şəkildə kodlamaq. İnsan öyrənmənin 90 faizini vizual yaddaş vasitəsilə edir, buna görə də bu üsul çox güclüdür.

– Bəs tələbələr imtahanlara hazırlaşarkən ən çox hansı yaddaş səhvlərini edirlər?

- Ən geniş yayılmış səhv son gün fasiləsiz oxumaqdır. Uzun müddət bir mövzunu səsli şəkildə təkrar edirlər, amma bu, həm məhsuldarlığı azaldır, həm də yaddaşa mənfi təsir göstərir. Beyin plansız və istirahətsiz yükləməni qəbul etmir.

– Yaddaşla öyrənmə arasında balansı necə saxlamaq olar?

- Məlumatın uzunmüddətli qalması üçün ona məna yükləmək lazımdır. Əzbərləmək kifayət deyil, başa düşmək vacibdir. Beynin necə işlədiyini öyrənəndə həm sürətli öyrənmək, həm də uzun müddət yadda saxlamaq mümkün olur.

– Texnologiyanın yaddaşa təsiri barədə nə düşünürsünüz?

- Texnologiya həm müsbət, həm də mənfi təsir göstərə bilər. Şüurlu istifadə olunanda faydalıdır, amma sosial şəbəkələrin və süni intellektin şüursuz istifadəsi yaddaşımızı zəiflədir və düşünmə qabiliyyətimizi azaldır.

– Fenomenal yaddaş iş, biznes aləmində hansı üstünlüklər yaradır?

- Çox böyük üstünlüklər verir. Məsələn, lider işçilərin adlarını və xüsusiyyətlərini unutmur, menecer layihə detallarını dəqiq xatırlayır, müəllim şagirdlərin fərqli tərəflərini unutmur, həkim isə pasiyentlərin tarixçəsini və tibbi terminləri tez yadına sala bilir.

– Yaddaşı gücləndirmək istəyən oxucular üçün evdə tətbiq edilə biləcək sadə üsullar hansılardır?

-Üç üsulu məsləhət görürəm: Xəyal qurmaq və gözündə canlandırmaq. Sürətli oxumağı öyrənmək. Oxuduğunu qeyd etmək və aktiv şəkildə öyrənmək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 Sentyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri