Icma.az
close
up
RU
Boşanma uşaqların psixologiyasına ciddi zərər vurur Klinik psixoloq

Boşanma uşaqların psixologiyasına ciddi zərər vurur Klinik psixoloq

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Valideyn ayrılığı uşaqlarda özünəqapanma və günahkarlıq hissi yaradır


Boşanma uşaqların psixologiyasına dərin və uzunmüddətli təsir göstərən sosial hadisədir və bir sıra psixoloji problemlərin yaranmasına gətirib çıxardır”. Bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda Nazirliyin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının Baş həkimi Leyla Bəşirova açıqlayıb. Onun sözlərinə görə, bu, uşaqlar üçün böyük bir psixoloji travmadır: 


“Bunun nəticəsində uşaqlarda özünəgüvən hissi aşağı düşür, özünəqapanma, özünü günahlandırma müşahidə edilir. Uşaqlarda ana-ata ayrılığının yaratdığı stress, ümumilikdə ayrılığın sonrakı ilk günlərindən deyil, daha sonrakı vaxtlarda ortaya çıxır. Hətta bu travma illər sonra da davam edə bilər”.

L.Bəşirova bildirib ki, uşaqları bu gərginlikdən uzaq tutmaq, psixologiyalarına mənfi təsiri azaltmaq üçün ilk növbədə valideynlər uşaqları ilə söhbətlər aparmalıdır: 

“Boşanmada onların günahı olmadığını izah etməli və hər iki valideynin onları sevməyə davam edəcəyini aydın şəkildə bildirməlidilər. Valideynlərin münaqişədən qaçması, uşaqları mübahisələrin mərkəzinə yerləşdirməməsi, valideynlərin bir-biri ilə sağlam ünsiyyət qurması boşanma prosesində uşaqların emosional dayanıqlığını təmin edə bilər”.


Klinik-psixoloq Təhminə Cəfərova da hesab edir ki, boşanma uşaqlar üçün emosional və psixoloji baxımdan çətin bir prosesdir. Onun sözlərinə görə, bu dövrdə uşaqların düzgün şəkildə dəstəklənməsi, onların psixoloji vəziyyətini qorumağa və gələcəkdə sağlam şəkildə böyümələrinə kömək edə bilər. O, “Sherg.az”a açıqlamasında bildirib ki, valideynlər uşaqlarını boşanmanın onların günahı olmadığına inandırmalı, onlara sevgilərini və dəstəklərini göstərməlidir: 

“Emosional təhlükəsizliyin təmin edilməsi, uşaqların bu çətin dövrü daha az travmatik yaşamasına və gələcəkdə sağlam, güvənli fərdlər olmalarına kömək edəcəkdir. Boşanma və ya ayrılıq xəbəri valideynlər üçün ağır bir qərar olduğu kimi, uşaqlar üçün də böyük bir stress mənbəyinə çevrilir. Bu dövr hər zaman sakit keçmir və xüsusən də uşaqlar üçün çox çətin bir dönəm ola bilər. Boşanma prosesi, uşaqların emosional vəziyyətinə dərindən təsir edərək, onlarda uzunmüddətli psixoloji problemlər yarada bilər.

Araşdırmalar göstərir ki, uşaqlar boşanma öncəsindən başlayaraq, boşanma müddəti və sonrasında bir çox mənfi vəziyyətlərlə qarşılaşa bilərlər. Bu müddət uşaqların psixologiyasına birbaşa təsir edir. Boşanmanın yaratdığı stress yalnız ilk günlərdə deyil, illər sonra da davam edə bilər. Ana-ata ayrılığı, uşaqların psixoloji vəziyyətini təhrif edir və onların gələcək həyatlarına da təsir edə bilər.

Uşaqlar valideynlərinin bir-birini günahlandırmasını eşitmək məcburiyyətində qalır, bu da onların özlərinə dair mənfi düşüncələr inkişaf etdirmələrinə səbəb olur. Boşanma zamanı uşaqlar, bir valideynlə görüşməyin təsirini yaşaya bilər, bu isə onların iç dünyasında böyük boşluq və narahatlıq yaradır”.


Psixoloq qeyd edib ki, uşaqlar bəzən boşanmanın səbəbini özlərində görərək, özlərini günahlandırır və bu, onların psixoloji vəziyyətini daha da ağırlaşdırır:

 “Tədqiqatlar da göstərir ki, natamam ailələrdən gələn uşaqlar, xüsusilə əks cinslə münasibət qurmaqda çətinliklər yaşayır. Onlar özünə inamsızlıq və evlilik qorxusu kimi problemlərlə qarşılaşa bilərlər. Boşanma uşaqların gündəlik həyata uyğunlaşmasında pozulmalara və sevgi və sədaqət anlayışlarında dəyişikliklərə də səbəb ola bilər. Uşaqlar valideynlərinin boşanmasından sonra öz emosional vəziyyətlərini yaxşılaşdırmaq üçün xüsusi bir diqqət və dəstək tələb edirlər. Bəzi hallarda, boşanma südəmər uşaqlarda fiziki sağlamlıq problemlərinə də yol aça bilər. Uşaqlar, stresin təsiri altında fiziki xəstəliklər, ekzema və qastrit kimi problemlərlə qarşılaşa bilərlər. Südverən anaların stress səbəbilə süd istehsalı azalır və bu, uşağın sağlamlığını pisləşdirə bilər. Yeniyetmələr uşaqlardan daha çox valideynlərin boşanmasına reaksiya verirlər. Onlar sevgini və təhlükəsizliyi itirmək hissi ilə qarşılaşırlar. Boşanmanın nəticələri uşağın emosional vəziyyətinə çox dərindən təsir edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 May 2025 05:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri