Icma.az
close
up
RU
Kliniki ölümdən sağ çıxan qadın: “Ruh ölmür”

Kliniki ölümdən sağ çıxan qadın: “Ruh ölmür”

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

ABŞ-nin Texas ştatında yaşayan 25 yaşlı Brianna Lafferti səkkiz dəqiqəlik klinik ölüm yaşayıb. O, ayıldıqdan sonra ruhun varlığı ilə bağlı gördüklərini danışıb. 

Sfera.az "Lenta.ru"ya istinadən xəbər verir ki, qrip və uzunmüddətli yuxusuzluq səbəbilə vəziyyəti ağırlaşan Lafferti xəstəxanaya yerləşdirilib.

Müalicə zamanı onun ürəyi dayanıb və o, səkkiz dəqiqə klinik ölüm vəziyyətində qalıb. Qadın bu müddətdə bənzərsiz, fövqəltəbii təcrübələr yaşadığını deyib.


“Qaranlıqda idim, sonra isə bir və sıfırlarla dolu parlaq bir tuneldən uçmağa başladım. Heç bir ağrı yox idi, sadəcə dərin bir aydınlıq və sakitlik hiss edirdim”, — deyə Lafferti bildirib. Onun sözlərinə görə, tunelin sonunda divarlarında rəqəmlər olan qapısız ağ otağa çatıb, oradan isə bir-birini əvəz edən sürreal mənzərələrə keçib.
Qadının təsvirinə görə, bu mənzərələrdə qəribə, lakin tanış görünən varlıqlar qarlı ağaclar arasında hərəkət edirdilər. Qar sevmədiyini düşündüyü anda mənzərə bahar peyzajına çevrilib. Uçmağı öyrəndikdən sonra bir maneəyə çırpılaraq qolunu itirib, lakin bu qolun yenidən əmələ gəldiyini görüb. Sonda isə qarşısında tikanlı hasar, arxasında da dağ, ferma və ev görünən bir mənzərə ilə qarşılaşıb. Orada olan digər varlıqlar hasardan keçə bilsə də özü keçə bilməyib.


Sonra sirli varlıqlar ona yaxınlaşan zaman, qadın gözlərini palatada açıb.


Lafferti bildirib ki, sanki aylarla davam edən bu təcrübədən sonra dünyaya baxışı dəyişib. O, hazırda ruhani bələdçi kimi çalışır, xroniki xəstəliklərdən əziyyət çəkən insanlara mənəvi dəstək göstərir.


Qeyd edək ki, daha əvvəl Kaliforniyada yaşayan bir kişi də narkozdan sonra “cəhənnəm kimi” bir aləmə düşdüyünü və oranın yalnız daşlıq ərazilərlə dolu olduğunu iddia etmişdi.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 May 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri