Icma.az
close
up
RU
“Ölümdən sonrakı həyat: şüur ölmür, sadəcə, başqa formaya keçir“ “Daily Mail“

“Ölümdən sonrakı həyat: şüur ölmür, sadəcə, başqa formaya keçir“ “Daily Mail“

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Yeni nəzəriyyə iddia edir ki, şüur bədənlə məhdudlaşmır və ölüm anından sonra ilkin sahəyə qayıdır..."

Yeni elmi nəzəriyyə ölümdən sonrakı həyat anlayışını dəyişə bilər

İsveçli fizik və Uppsala Universitetinin professoru Mariya Stremme şüurun təbiətinə dair çox fərqli, hətta elmi çevrələrdə mübahisə yaradacaq nəzəriyyə irəli sürüb. 

Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.

Elmi dünyagörüşə yeni yanaşma

Professorun fikrincə, şüur beynin fəaliyyəti nəticəsində yaranan kimyəvi və elektrik proseslərin məhsulu deyil. Daha doğrusu, şüur maddədən əvvəl mövcud olan fundamental sahə - kainatın təməl struktur elementlərindən biridir. O, deyir ki, bu mövzu uzun illər fəlsəfi sual kimi kənara qoyulsa da, indi elmi tədqiqat üçün prioritetə çevrilir. Çünki mövcud fizika qanunları şüurun təbiətini tam izah etmir və suallar getdikcə çoxalır.

Ölümsonrası təcrübələr elmlə izah oluna bilərmi?

Yeni nəzəriyyəyə görə, biz öldükdə şüur yox olmur, sadəcə, bədənlə əlaqəsini kəsərək ilkin sahəyə qayıdır. Bu yanaşma ölümə yaxın təcrübələr yaşayan insanların öz bədənlərini yuxarıdan gördüklərini, dəhliz, işıq və ya dini fiqurlar təsvir etdiklərini, vəfat etmiş yaxınlarla "danışdıqlarını" iddia etməsini fərqli kontekstdə izah edir. Professor hesab edir ki, bu hallar illüziya və ya beyin şoku deyil, şüurun daha geniş, maddədən asılı olmayan vəziyyətə qayıtması ola bilər.

Telepatiya və "ünsiyyət sahəsi" ideyası

Stremme həmçinin iddia edir ki, əgər şüur vahid sahədirsə, onda biz hamımız eyni informasiya şəbəkəsinə bağlıyıq. Bu halda telepatiya, uzaq məsafədən informasiya hiss etmə, hətta prekognisiya (gələcək hadisələri hiss etmə) tamamilə qeyri-real görünmür. Onun sözlərinə görə, bu fenomenlər təsadüfi hekayələr deyil, sadəcə, elm hələ onları ölçmək üçün lazımi metodlara malik deyil.

Elmi sübut ola biləcək metodlar

Professor vurğulayır ki, nəzəriyyə gələcəkdə neyroelm tərəfindən yoxlana bilər. Məsələn, dərin meditasiya edən insanların beyin fəaliyyətinin başqa insanların şüur vəziyyəti ilə sinxronluq göstərməsi, düşüncə nümunələrinin paralelləşməsi, MRT, EEQ və kvant texnologiyalı beyin skanları ilə ölçülə bilər. Əgər bu təsdiqlənsə, şəxsiyyət, ruh, ölüm və kainat barəsində bütün təsəvvürlər dəyişə bilər.

Qədim biliklər və müasir elm arasında körpü

Professor qeyd edir ki, bir çox dini mətnlərdə - Quranda, İncildə, Vedalarda "bütün şüurun vahidliyi" ideyası var. O, hesab edir ki, qədim mədəniyyətlər bunu metafora ilə izah edib, indi isə elm həmin fikrə başqa dildən yaxınlaşır. Mariya Stremmenin fikrincə, artıq şüur məsələsini "mistik mövzu" kimi görmək yox, elm üçün əsas suallardan biri kimi araşdırmaq vaxtıdır. Əgər bu nəzəriyyə təsdiqlənsə, insan, ölüm və mövcudluğun mənası sualı tamamilə yeni cavab qazana bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Noyabr 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri