Icma.az
close
up
RU
Klub 12ci oyunçusunu meydana çıxardı, qalib gəldi: Hakimlər görmədilər

Klub 12ci oyunçusunu meydana çıxardı, qalib gəldi: Hakimlər görmədilər

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İndoneziya çempionatının 16-cı turunun oyununda “PSM Makassar” komandası “Barito Putera” ilə görüşün sonunda 12-ci futbolçusunu meydana buraxıb. 

Lent.az-ın xarici mediaya stinadla xəbərinə görə, əlavə meydança oyunçusu komandaya 3:2 hesablı qələbəni qoruyub saxlamağa kömək etsə də, sonradan hiylənin üstü açılıb. “Makassar” bunun mənfi nəticələri ilə üzləşib.

Diqqətli rəqib 

İndoneziyanın “Detik” nəşri yazır ki, “Makassar” 98-ci dəqiqədən oyunun sonuna kimi çoxluqda oynayıb. Meydan sahibləri əlavə olunmuş vaxtda üçlü əvəzləmədən sonra say üstünlüyü əldə ediblər - futbolçulardan biri meydanda qalıb. Artıq futbolçunun adı da müəyyənləşib - bu, hücumçu Axmat Faxrul Aditadır.

Rəqibin məşqçilər korpusu diqqəti əsas futbol qaydalarından birinin - 11-ə 11-lik heyətlə oynamağın kobud şəkildə pozulmasına yönəldib. Uduzulan oyundan sonra “Barito Putera” təmsilçiləri liqaya məktub yazaraq 12 “Makassar” oyunçusunun əks olunduğu ekran görüntüsünü əlavə ediblər.

Liqa dərhal reaksiya verib: “Biz prosesdəyik. Qərar liqamızın qaydaları əsasında veriləcək. Bütün hesabatlar tərtib olunacaq”, - İndoneziya çempionatının direktoru Ferri Paulyus bildirib.

Klub məsuliyyəti hakimlərin üzərinə atmağa tələsib: “Bizim vəzifəmiz ehtiyat hakimə əvəzetmə barədə bildiriş verməkdir. Qalan hər şey hakimin səlahiyyətindədir. Onlar əvəzedici oyunçuların giriş-çıxışlarını tənzimləyir”, - klubun mətbuat katibi Süleyman Abdul Karim bildirib.

“Makassar”ın narahat olması üçün kifayət qədər əsas var - icazəsiz 12-ci oyunçunun meydana çıxması bütün dünyada kifayət qədər ciddi pozuntu hesab olunur və bütün şiddətlə cəzalandırılır. “Makassar”ın vəziyyətində, demək olar ki, yüz faiz ehtimalı olan qalibiyyət texniki məğlubiyyətə çevriləcək. Bundan əlavə, qanunu pozan şəxsi 90 milyon rupi (təxminən 5 min avro) məbləğində cərimə də gözləyir.

Bu, Avropada da olur

İndoneziyada qeydə alınan bu qayda pozuntusu yəqin ki, peşəkar futbolun ən yaxşı nümunəsi deyil. Ancaq oxşar hekayələr Avropada və nisbətən yaxınlarda baş verib. Bunu heç gözləmədiyiniz halda “Bavariya”nın etməsi əsl axmaqlıq idi!


Fakt 2022-ci ilin aprelində Bundesliqada “Frayburq”la oyunda baş verib. 85-ci dəqiqədə Julian Naqelsmann Koman və Tolissonu Sabitzer və Zyule ilə əvəzləyib və oyun davam edib. Və bir dəqiqə sonra hakim Komanın hələ də meydanda olduğunu aşkar edib - sonrakı qalmaqalın səs-küyü altında Kinqsli sürətlə kənara qaçıb. “Bavariya” 16 saniyə say üstünlüyü ilə oynayıb.

Məsələ dərhal yoluna qoyulub - məlum olub ki, münhenli futbolçulardan biri rəqəmləri qarışdırıb və 29 rəqəminin meydanı tərk etməli olduğunu göstərib. “Bavariya”da bu baş verməyib - Koman 11 nömrəli formanı geyinibmiş.

Önəmsiz görünən pozuntuya baxmayaraq, yenə də kiçik bir qalmaqal baş verib. “Frayburq” bərabər heyətdə 1:4 hesabı ilə uduzub, buna görə də o qədər də qəzəbli münasibət göstərilməyib. Liqaya apellyasiya şikayəti verilsə də, bunun “göstərmək üçün” edildiyi bildirilib.

Liqa "Bavariya"nı cəzalandırmayıb - rəsmilər bunun Münhen komandasının pis niyyəti deyil, sadəcə rəsmilərin (o cümlədən dördüncü hakimin) diqqətsizliyi olduğunu etiraf ediblər. 4:1 hesablı nəticə Naqelsmannın komandasının xeyrinə qüvvədə qalıb.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Dekabr 2024 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri