Bu klub bütün oyunçularını satışa çıxardı
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Fransanın “Marsel” klubu ciddi maliyyə böhranı ilə üz-üzə qalıb.
“Qafqazinfo” xəbər verir ki, insayder Santi Aunanın yaydığı məlumata görə, klub rəhbərliyi yaranmış vəziyyətdən çıxış yolu kimi komandanın bütün futbolçularını transferə çıxarmaq qərarına gəlib.
Klubun belə bir kəskin addım atmasına səbəb növbəti mövsümdə Çempionlar Liqasına vəsiqə qazana bilməməsidir. Bu uğursuzluq klubun gəlirlərinin kəskin şəkildə azalmasına və böyük maliyyə itkilərinə yol açıb. Mövcud vəziyyətlə əlaqədar olaraq, “Marsel”in heyətində yer alan istənilən oyunçuya gələcək rəsmi təkliflər dərhal dəyərləndiriləcək.
Xatırladaq ki, 9 qat Fransa çempionu olan “Marsel”ə hazırda Həbib Bey rəhbərlik edir. Komanda Liqa 1-in turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 16 May 2026 01:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















