Klub prezidenti açıq danışdı: “Onlar bizim azarkeşlərə bileti 3 dəfə baha satdılar”
Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.
Mayın 4-də Azərbaycan II Liqasında çempionluq mübarizəsi aparan iki klub – “Şəfa” ilə “Şahdağ Qusar” üz-üzə gələcək. “ASK Arena”da keçirilək görüş öncəsi Bakı klubunun biletlə bağlı qərarı müzakirələrə səbəb olub.
Belə ki, paytaxt təmsilçisi qonaq azarkeşlər üçün bilet pulunu 10 manat edib. Qiymətin yüksək olması müəyyən müzakirələri də bərabərində gətirib. Məsələyə aydınlıq gətirmək üçün “Şafa” klubun rəhbəri Sərdar Salmanzadə ilə əlaqə saxladıq.
Paytaxt klubunun rəhbəri İdmanxeber.az saytına açıqlamasında məsələyə belə münasibət bildirib:
“Şahdağ Qusar” rəhbərliyi ilk dövrədəki oyunda bizim azarkeşlərə bileti pulla satdı. Hətta qiymətini də 3 dəfə qaldıraraq. Biz buna heç bir problem yaratmadıq. 200 bilet alıb azarkeşlərimizlə oyuna yollandıq. İndi də cavab görüşü olacaq. Rəqib biletləri 10 manata satmağımıza narazılıq edir. Düşünürlər ki, onların azarkeşləri xüsusi statusa malikdir? Xeyr, belə deyil. Hamımız azərbaycanlıyıq, ayrıseçkilik eləmək olmaz. Biz heç kimlə bəhsə girmirik. Bizim azarkeşlərin haqqıdır ki, pulsuz gəlib oyuna baxsınlar. Ancaq onların fanatları eynən biz etdiyimiz kimi pullarını ödəyib stadiona daxil olacaqlar. Arenanın 20 faizi – 1040 yer onların haqqıdır. Gəlsinlər, biz də onları canla-başla qarşılayacağıq. Hər bir şərait də yaradılacaq.
Qaldı ki, azarkeşlərin stadiona cəlb olunması məsələsinə, biz bununla bağlı dəfələrlə müsabiqə elan etmişik. Sadəcə olaraq biz indidən bunun üzərində işləyirik. Sabah “Qarabağ”la, “Neftçi” ilə oynayanda bəlkə də bilet 50 manat olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 28 Aprel 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















